Məhkəmə qərarları › İş №3(035)-501/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-501/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-501/2024 11.07.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətta haqqında protokol və ona əlavə edilmiş materiallara 11 iyul 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 08 radələrində Zərdab rayonu Məmmədqasımlı kəndi ərazisində Zərərçəkmiş şəxs döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 08 radələrində yaşadığı kənddən toyuqları üçün yem almaq məqsədi ilə çıxmış, yolda gedən zaman maşınında benzinin az olduğunu görüb Zərdab rayonu Məmmdqasımlı kəndi ərasizində yerləşən yanacaqdoldurma məntəqəsindən benzin almaq qərarına gəlmişdir. O, yanacaqdoldurma məntəqəsinə çatıb oranın işçisi olan Zərərçəkmiş şəxs başqa maşına benzin vurduğunu görmüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs işini bitirənə qədər siqaret çəkmək istəmiş, bu məqsədlə yanacaqdoldurma məntəqəsindən bir az uzaqlaşaraq siqaret yandırmışdır. Bu zaman Zərərçəkmiş şəxs ona yaxınlaşaraq qolundan tutmuş “burda siqaret çəkmək qadağandır”, “niyə burda siqaret çəkirsən” deyə soruşmuşdur. Bundan sonra o, Zərərçəkmiş şəxs sinəsindən itələyərək onu yerə yıxmışdır. Hazırda o, Zərərçəkmiş şəxs ilə barışmış və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 25 ildir ki, rayonun Məmmədqasımlı kəndində yerləşən yanacaq doldurma məntəqəsində operator olaraq çalışır. Barəsində inzibati xta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin yanacaq doldurma məntəqəsinin müştərisi kimi tanıyır. xx.xx.2024-cü il tarixdə, saat təxminən 08 radələrində Şəxs öz idarə etdiyi “Vaz 2107” markal; **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun işlədiyi yanacaq doldurma məntəqəsinə gəlmiş, həmin vaxt kənarda yük maşınına dizel yanacağı vururmuş. O, Şəxs baxanda əlində siqaret yana-yana maşından düşdüyünü görüb tez ona tərəf getmiş və ondan siqareti söndürməsini istəmişdir. Ravil isə siqareti söndürmək əvəzinə onunla mübahisə etməyə başlayaraq onu əvvəlcə yumruqla vurub yerə yıxmış, sonra təpiklə üz və baş hissəsinə vurmuşdur. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmışdır ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın sürətindən görünür ki, toplanmış materiallar üzrə cinayət tərkibinin olması müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası təyin olunmuş və həmin eksertizanın xx.xx.2024-cü il tarixli, 77 nömrəli rəyinə əsasən onun bədənində olan xəsarət- başın sağ ön təpə nahiyyəsində bir ədəd sıyrıq-küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə vurulma nəticəsində əmələ gələ bilərdi, şəxsin özüözünə yetirməsi üçün xarakterik deyildir. Yetirlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan məhkəmə prosesinin gedişində Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, zərərçəkmiş şəxslə barışmış, ona görə də işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs döyməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan onun əməlini düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə də, onun əməlini Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə görə İXM-nin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, zərərçəkmiş şəxsin inzibati xəta törədən şəxsə qarşı şikayət və tələbinin olmaması, tərəflərin işin icraatına xitam verilməsi barədə xahişlərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 128-130-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-501/2024 saylı işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar