Məhkəmə qərarları › İş №3(035)-503/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-503/2024

22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-503/2024 22.07.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Baxşəli oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Zərdab rayonu, Məmmədqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Zərdab rayonu, Məmmədqasımlı kəndində qeydiyyatda olmaqla yaşayan yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 22 iyul 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X1 tərəfindən tərtib edilmiş 22 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə keçirilən tibbi ekspertiza zamanı narkotik vasitə istifadə etdiyi müəyyən olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə dəvət olunduğu Bakı şəhərinin Türkan kəndində toy məxlisində olan zaman həddindən artıq spirtli içki qəbul etdiyi üçün öz iradəsindən asılı olmayaraq ona narkotik vasitə olan marixuana təklif olunmuş və o, həmin narkotik vasitə olan marixuanadan istifadə etmişdir. İstifadə etdikdən sonra vəzihyyəti pisləşmişdir. Qeyd etmək istəyir ki, bu narkotik vasitədən ilk dəfə istifadə edirmiş. Hərbi xidmətə çağırışla əlaqədar olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Zərdab rayon Şöbəsinə çağırılmışdır. Çağırıla əlaqədar keçirilən həkim müayinə zamanı ondan götürülən sidik analizində narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyən olunmuşdur. Hazırda səhfini başa düşür, törətdiyi əməlindən peşimandır. Məhkəmə iclasında Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini icra edən X1 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Zərdab rayon Şöbəsi tərəfindən müayinədən kemək üçün həkim kamissiyasına göndərilmiş və müayinə zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyən olunmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixdə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə müarciət olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və inzibati xəta haqqında protokolu tərtib edən polis əməkdaşını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən ona istinad edilən inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X1 tərəfindən tərtib edilmiş 22 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif edilmişdir. İşdə olan icbari narkoloji müayinənin nəticəsinin nümunəvi formasından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkotik vasitədən istifadə etmə faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsinə görəüç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs özünü təqsirli bilməsini, peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RAHİD MEHDİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar