Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-506/2024 16.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi ilə, Şəxs İmamverdi oğlu barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 16 avqust 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki Şəxs İmamverdi oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilməsinə görə barəsində inzibati cərimə tətbiq edilməsi haqqında qərarı həmin qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta törətmiş şəxs Şəxs İmamverdi oğluna lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Zərdab rayon Polis Şöbəsinin əməkdaşı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan DİN-nin DYP Veb Portalından çıxarışdan görünür ki, Şəxs İmamverdi oğlu xx.xx.2024-cü il tarixdə yol hərəkəti qaydasını pozduğu üçün onun Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İşdə olan Zərdab RPŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-120/2-8256/24 saylı məktubundan görünür ki, Şəxs İmamverdi oğlu 40 manat cəriməni ödəmədiyi üçün ona 24 manat dəbbə pulu hesablanmışdır. İşdə olan ********** nömrəli Azərbaycan Respublikası Mərkəzi X4 X1 görünür ki, Şəxs İmamverdi oğlu EQ 19519865 saylı protokola əsasən 40 manat cəriməni və əlavə olaraq onun üzərinə hesablanmış 24 manat dəbbə pulunu xx.xx.2024-cü il tarixdə ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin 1-ci qeydinə əsasən 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, Şəxs İmamverdi oğlu tərəfindən hazırkı iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək inzibati cərimə və hesablanmış dəbbə pulu ödənildiyindən onun barəsində olan inzibati xəta haqqında hazırkı iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114,115, 128-130-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İmamverdi oğlunun Azərbaycan Republikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında 3(035)-506/2024 saylı iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.
Məhkəmə qərarları › İş №3(035)-506/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-506/2024
16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver