Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-511/2024 28.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Zərdab rayonunun Bıçaqçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonunun Bıçaqçı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 28 avqust 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X1 tərəfindən tərtib edilmiş 22 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Əliyev X2 rayonu Bıçaqçı kəndində yaşadığı evdə qanunsuz ov silahı saxlamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Zərdab rayonu, Bıçaqçı kəndində qeydiyyatda olmaqla orada yaşayır. 01 ədəd, markasını dəqiq bilmədiyi, 16 kalibrli, tək lülə, K 099771 nömrəli yivsiz ov tüfəngini təxminən 3 il bundan qabaq yaylaqdan qışlağa mal-qara aparan tanımadığı şəxslər sahədəki yonca sahəsini otarıb sahəsinə ziyan vurduqları üçün ziyanın əvəzində həmin ov tüfəngini ona pay vermişlər. Lakin tüfəngi tanımadığı şəxsdən alsa da, heç bir sənədi olmadığı üçün bununla bağlı heç bir sənədləşdirmə aparılmamışdır. Keçən bu müddət ərzində həmin ov tüfəngini yaşadığı evin otağında saxlasa da, onu heç vaxt ovda və ya başqa digər yerdə istifadə etməmişdir. Buna baxmayaraq, 07 iyun 2024-cü il tarixdə saat 13:30 radələrində yaşadığı evdə olduğu zaman iki nəfər əvvəllər tanımadığı polis əməkdaşı yaşadığı ünvana gəlib, yaşadığı ünvanda heç bir sənədi olmayan yivsiz ov tüfəngi saxlamağı barədə məlumat daxil olduğunu demişlər. O, polislərə həqiqətən də, ov tüfənginin olduğunu söyləyərək həmin tüfəngi polis əməkdaşlarına özü təqdim etmişdir. Bundan sonra həmin polis əməkdaşları ona, izahat vermək üçün rayon Polis Şöbəsinə getməli olduğunu bildirmiş və, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə rayon Polis Şöbəsinə gəlmişdir. Əlavə olaraq bildirmək istəyir ki, həmin ov tüfəngini 3 il qabaq aldığı şəxsi tanımır, onun həmin ov tüfəngini kimdən və necə əldə etdiyi barədə heç bir məlumatı yoxdur. Törətdiyi əməlindən peşimandır. Məhkəmə inzibati xəta törətmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən ona istinad edilən inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X1 tərəfindən tərtib edilmiş 22 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə, silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs özünü təqsirli bilməsini, peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilsin. 1 ədəd markası dəqiq bilinməyən, 16 kalibrli, tək lüləli, K 099771 nömrəli yivsiz ov tüfəngi müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin X5 Baş İdarəsinin anbarına təhvil verilsin. Qərarın icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-511/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-511/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver