Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-512/2024 26.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Zərdab RPŞ-nin İTB-nin polis sahə rəisi X1 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Zərdab rayonu, Məmmədqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zərdab rayonu, Məmmədqasımlı kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiala 26 avqust 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* və xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollardan və əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində ünvan 1 ünvansız nalayiq söyüş söymüş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Zərdab rayonu Məmmədqasımlı kəndində yaşadığı evdə bacısı ilə aralarında münaqişə yaranmış ona görədə DİN-nin 102 xidmətinə zəng vuraraq müraciət etmişdir. Bir qədər sonra Zərdab rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı ünvana gəlmişlər. O, həmin vaxt küçəyə çıxaraq içkili və əsəbi olduğundan uca səslə nalayiq ifadələr işlədərək söyüş söymüşdür. Daha sonra polis əməkdaşları onu etdiyi hərəkətlərə görə müvafiq araşdırmanın aparılması üçün Polis Şöbəsinə gətirmişlər. Törətdiyi əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Zərdab rayonu, Məmmədqasımlı kənd sakini Şəxs ünvan 1 ünvansız söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna gör də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddələrlə inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab rayon Polis Şöbəsinin TQ-nin baş təhqiqatçısı X6 izhatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə istintaq əməliyyat qrupunun üzvü olan zaman Zərdab rayonu Məmmədqasımlı kənd sakini Şəxs Azərbaycan Respublikası DİN-nin 102 Xidməti- X8 etdiyi müraciəti əsasında RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində çalışan X3 ilə birlikdə hadisə yerinə getmişlər. Bu zaman Şəxs küçəyə çıxaraq sərxoş vəziyyətdə ucadan ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Onlar dəfələrlə onu nizam-intizama dəvət edərək nalayiq söyüşlər söyməməsini və ictimai qaydanı pozmamasını bildirmişlər. Həmçinin Şəxs müvafiq araşdırmanın aparılması üçün Polis Şöbəsinə getməyə dəvət etmişlər. Lakin o, heç bir yerə getməyəcəyini bildirərək onların qanuni tələbinə tabe olmamışdır. Bundan sonra həmin şəxsi Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Şəxs rayon Polis Şöbəsinə gətirdikdən sonra həkim müayinəsindən keçirmişlər və bu zaman onun sərxoş olması müəyyən olunmuşdur. Məhkəmə iclasında izahat verən digər şahid X3 şahid X2 izahatına uyğun izahat vermişdir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-ci il tarixdə saat 12 radələrində ünvan 3 ünvansız söyüşlər söymüşdür. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Zərdab rayonu Məmmədqasımlı kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli sərxoşluğun bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta hadisəsini törətdiyi vaxt orta dərəcəli sərxoş olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta törətmiş şəxsin, inzibati xəta haqqında protokolu tərtib edən şəxsin və şahidlərin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokollar və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Zərdab rayonu Məmmədqasımlı kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görəəlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini və hadisəni sərxoş vəziyyətdə törətməsini məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-512/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-512/2024
26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver