Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-518/2024 01.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Baxşəli oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zərdab rayonunun Körpükənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 01 avqust 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X1 tərəfindən tərtib edilmiş 01 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00-da keçirimiş müayinə zamanı narkotik vasitə olan marixuana aşkar edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 10:30 radələrində Zərdab rayonu Körpükənd kəndi ərazisində mobil telefonla danışan zaman ucadan nalayiq ifadələr işlədən zaman 3 nəfər polis əməkdaşları ona yaxınlaşaraq onu nə qədər inztizama dəvət etsələrdə o, öz qanunsuz əməllərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra onu rayon Polis Şöbəsinə gətirmiş. Orada araşdırma aparılan zaman onun narkotik vasitənin təsiri altında olduğu məlum olmuşdur. Hazırda səhfini başa düşür, törətdiyi əməlindən peşimandır. Məhkəmə iclasında Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini icra edən X1 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:30-da Zərdab rayonu Körpükənd kəndi ərazisində Zərdab rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkilləri Mircəfər Bəylərzadə, Ağaqulu Zeynalov və PPXB-nin polis nəfəri Elvin Hüseynov ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin mobil telefon ilə danışarkən ucadan nalayiq söyüşlər söyməsini görüb ona yaxınlaşaraq özlərini təqdim edib söyüşlər söyüməməsini, içtimai qaydanı pozmamasını ona bildirsələrdə o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara tabesizlik göstərmişdir. Daha sonra polis əməkdaşları Şəxs rayon polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Aparılan müvafiq araşdırmaların nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkotik vasitə qəbul etdiyi müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta törətmiş şəxsi və inzibati xəta haqqında protokolu tərtib edən polis əməkdaşını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən ona istinad edilən inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X1 tərəfindən tərtib edilmiş 01 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli sərxoşluğun bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkotik vasitədən istifadə etmə faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsinə görəüç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs özünü təqsirli bilməsini, peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RAHİD MEHDİYEV.
Məhkəmə qərarları › İş №3(035)-518/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-518/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver