Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-523/2024 06.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X8 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X10 oğlunun İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Zərdab rayonunun, Böyükdəkkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Zərdab rayonunun, Böyükdəkkə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 06 avqust 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X9 06 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X9 izahatında göstərmişdir ki, Zərdab rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)-352/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 175 manat cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. İcra vərəqəsi Zərdab rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş və qeyd edilən tarixdə icraata başlamaq haqqında qərar qəbul edilkərək bildirşlə birgə borclunun könüllü icra etməsi üçün qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Borclu İcra vərəqəsində qeyd olunan öhdəliyi könüllü şəkildə icra etməməsi səbəbindən onun ünvanına inzibati məsuliyyəyə cəlb ediləcəyi barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq, borclu çağırışlara gəlməmiş və öhdəliyi icra etməmişdir. Borclu çağrışa gəlmədiyindən, tələbi təmin etmədiyindən və yerini gizlətdiyindən onun barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul edilrək icrası üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. Zərdab rayon Polis Şöbəsi tərəfindən borclu barəsində 430266 nömrəli axtarış işi açılmışıdır. İcra sənədi üzrə borclu Şəxs Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2023-cü il tarixdə Zərdab rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Borclu borcundan 700 manat ödəmiş etmiş və qalan məbləğin ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Borcluya vaxt verilsədə o, tələbi təmin etməmiş və çağrışlara gəlməmişdir. Bundan sonra borclu barəsində xx.xx.2024-cü il tarixdə axtarış qərarı qəbul edilərək icrası üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən borclu saxlanılaraq rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Borcluya hüquqları, vəzifələri və məsuliyyəti izah olunmaqla məhkəmə qərarının dövlətin adından çıxdığı və icrasının hər kəs üçün məcburi olduğu izah olunmasına baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək tələbi təmin etməmiş məhkəmə qərarının icrasından yayınmağa çalışmışdır. Bu da dövlətin adında çıxmış qərarın və icra sənədində göstərilən tələbi icrasız qalmasına və tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Hazırda Şəxs 1050 (bir min əlli) manat borcu var ki, bir manatda olsun tələbkarın xeyrinə ödəniş etməmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, maddi imkanı olmadığı, heç bir yerdə işləmədiyi üçün icra məmurunun qeyd etdiyi icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilmir. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan MN ******* saylı protokola əlavədən görünür ki, Şəxs Zərdab rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)-352/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 175 manat cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)-352/2021 nömrəli, xx.xx.2021-cü il tarixli icra sənədləri üzrə icra məmurunun tələbini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)- 352/2021 nömrəli, xx.xx.2021-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 06 avqust 2024-cü il tarixdən saat 16:40-dan hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-523/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-523/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver