Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-524/2024 16.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X8 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi, Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, İnzibati xəta törətmiş şəxs X3 iştirakları ilə, xx.xx.1978-ci ildə Zərdab rayonunun Nəzəralı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Zərdab rayon Suvarma Sistemləri İdarəsində X4 işləyən, Zərdab rayonunun Nəzəralı kəndində qeydiyyatda olan və yaşayan X6 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 16 avqust 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 06 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında göstərmişdir ki, Zərdab rayon məhkəməsinin 2(035)-116/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs tərəfindən tələbkar X1 barəsində "Facebook" sosial şəbəkəsində şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan məlumatların təkzib olunmas qət edilmişdir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Daha sonra borclu şöbəyə dəvət olunmuş və xx.xx.2023-cü il tarixdə izahatı alınaraq icra sənədi üzrə tələbi təmin etməsi bildirilsə də borclu məhkəmə qərarı ilə razılaşmayaraq icra sənədi üzrə tələbi təmin etməyəcəyini bildirmişdir. Belə olan halda borclu barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuş və Zərdab Rayon Məhkəməsinin qərarı ilə borclu 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İcra sənədində qeyd olunan tələb könüllü qaydada təmin edilməmişdir. Daha sonra borcluya müxtəlif vaxtlarda xəbərdarlıq göndərilsə də tələb təkzib hissəsində təmin olunmamış çağırışlara gəlməmişdir. Belə olan halda borclunun məcburi qaydada şöbəyə gətirilməsi barədə məhkəməyə təqdimatla müraciət olunmuş və borclunun məcburi qaydada şöbəyə gətirilməsi barədə Zərdab Rayon Məhkəməsi qərardad qəbul etmişdir. Qərardad icra olunması üçün müvafiq orqana göndərilmiş və borclu icra sənədi üzrə tələbi təmin etməyəcəyini bildirmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, icra sənədi üzrə tələbkar X1 barəsində “Facebook” sosial şəbəkəsində şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan məlumatları təkzib etmiş, buna görə də onun barəində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin icra məmuru Aysel Yusifovanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan “Facebook” sosial şəbəkəsinin ekran görüntüsündən çəxarışdan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünə məxsus sosial şəbəkə hesabından tələbkar Həmayə Rəhimli barəsində səhifəsində yazdıqlarını təkzib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxrıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, sözü gedən qətnamə borclu Şəxs tərəfindən tam icra olunmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-524/2024 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.
Məhkəmə qərarları › İş №3(035)-524/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-524/2024
16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver