Məhkəmə qərarları › İş №3(035)-531/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-531/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-531/2024 13.09.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə Zərdab rayonunun Burunlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonu, Burunlu kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 338.5.1 və 338.7-ci maddələri ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 13 sentyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs mal-qaranı ötürən zaman onu nəzarətsiz qoyması nəticəsində baş verən yol nəqliyyat hadisəsində zərərçəkmiş şəxsə maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 08:00-da Zərdab-Ağdaş-Pirəzə yolunun Zərdab rayonu Burunlu kəndi ərazisindən keçən hissəsində yəni asfalt örtülü yolun sol hissəsində qoyun otaran zaman heyvanlardan biri yola çıxaraq həmin yolla hərəkətdə olan mersedes markalı, **-NE-*** nömrə nişanlı avtomobil əks zolaqda heyvanı vuraraq ağır yaralamışdır. Bundan sonra yol polisi hadisə yerinə gələrək hadisə yerini müayinə etdikdən sonra onları polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində sərxoşluğu müayinə edən cihazla yoxlanılmış, sərxoş olmadığı müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 08:00-da etibarnamə ilə idarə etdiyi Mersedes- Benz markalı **-NE-*** nömrəli avtomobil ilə Zərdab-Ağdaş-Pirəzə yolunun 8-ci kilometrliyində Ağdaş İstiqamətində hərəkətdə olarkən hərəkət istiqamətində əsas yola sağ hissədən çıxan xırda buynuzlu bir baş qoyun heyvanını vurmağı nəticəsində maşını maddi zərər görmüşdür. Hadisə yerinə yol polisi gələrək hadisə yerini müayinə edib onu polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində sərxoşluğu müayinə edən cihazla yoxlanılmış, sərxoş olmadığı müəyyən olunmuşdur . Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab rayon Polis Şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X2 oğlu izahatında bildirmişdir ki, yol nəqliyyat hadisəsi baş verən zaman orda olmamışdır. Ancaq hadisə yerinin müayinəsi zaman yol polisi tərəfindən tərtib olunan sxemə əsasən onu deyə bilər ki, hadisə Zərdab-Ağdaş-Pirəzə yolunun Zərdab rayonu Burunlu kəndindən keçən hissəsində yolun hərəkət istiqamətində baş vermişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X6 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Hadisə baş verdikdən sonra o, arxadan gələn zaman yolda yol nəqliyyat hadisəsinin baş verdiyini görmüşdür. Hadisə baş verən an hadisəni görməmişdir. Ancaq yol nəqliyyat hadissini törədən maşının yolun sağında dayandığını görmüşdür. İşdə olan Zərdab rayon X8 Patrul Xidmət X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 08:09-da Azərbaycan Respublikası İXM-nin 338.5.1 və 338.7-ci maddələrinə əsasən inzibati xəta hadisəsi törətmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 08:09-da Zərdab-Aşdaş-Pirəzə yolunun Zərdab rayonu Burunlu kəndi ərazisindən küçən 8-ci kilometrliyində asfalt örtüyündə xırda buynuzlu qoyun heyvanını otararkən, heyvanı nəzarətsiz qoyması inzibati xətasını törətmişdir. Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsinə əsasən mal-qaranın yolda nəzarətsiz qoyulmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən bu məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəyüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1 və 338.7-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar