Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-546/2024 05.09.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi, Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X4 iştirakları ilə, xx.xx.1967-ci ildə Zərdab rayonunun Dəkkəoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləmir, Zərdab rayonunun Dəkkəoba kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 05 sentyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X6 15 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X6 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-669/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən sözügedən su kanalı və şirəkeşdən X1 istifadəsinə X2 və Şəxs tərəfindən törədilən maneələr aradan qaldırılmalı və su arxı üzərində tikilmiş çəpərin X2 və Şəxs hesabına sökülməsi qət edilmişdir. İcra vərəqəsi Zərdab rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2017-ci il tarixdə daxil olmuş və qeyd edilən tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun könüllü icra etməsi üçün qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Borclu icra vərəqəsində qeyd olunan öhdəliyi könüllü şəkildə icra etməmişdir. Borclular tərəfindən icra sənədi üzrə tələb təmin edilmədiyindən məcburi icra ilə əlaqədar xx.xx.2019-cu il tarixə təyinat verilmişdir. Təyinat günü işin çox olması əsas gətirilərək borclular onlara əlavə olaraq iki gün vaxt verlməsini xahi etmişlər. Veilmiş müddət ərzində borclular tərəfindən icra sənədi üzrə tələb təmin edilməmişdir. Bundan sonra icra sənədinin icrası ilə əlaqədar yenidən icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixə təyinat verilmişdir. Təyinat vaxtı əraziyə gedilmiş və icra sənədi üzrə tələbi borclular təmin etmədiyindən onlar icra şöbəsinə gətirilərək izahatları alınmış, onlara yeni müddət verilmiş və xəbərdarlıq məktubu onlara təqdim edilmişdir. Ancaq Şəxs icra sənədi üzrə tələbi təmin etməmişdir. Bir neçə dəfə borclunun izahatı alınsada ona yeni müddət verilsədə tələbi təmin etməmişdir. Sonuncu dəfə mücburi icra ilə əlaqədar xx.xx.2024-cü il tarixdə əraziyə gedilmiş və icra sənədi üzrə tələbin təmin edilməsi borcluya bildirilmişdir. O, isə öz növbəsində müxtəlif bəhanələr gətirərək icra sənədi ürə tələbi təmin etməmişdir. Borcluya hüquqları, vəzifələri və məsuliyyəti izah olunmaqla məhkəmə qərarının dövlətin adından çıxdığının və icrasının hər kəs üçün məcburi olduğu izah olunmasına baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək tələbi təmin etməmiş, məhkəmə qərarının icrasından yayınmağa çalışmışdır. Bu da dövlətin adından çıxmış qərarın və icra sənədində göstərilən tələbin icrasız qalmasına və tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Məlumat üçün qeyd etmək istəyir ki, onun barəsində inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Zərdab Rayon Məhkəməsinə təqdim edildikdən sonra borclu Şəxs sözügedən icra sənədi üzrə tələbi tam təmin etmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilib edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-669/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələb hal-hazırda onun tərəfindən tam olaraq icra olunub. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)-669/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbi tam olaraq icra etmişdir. Hesab edir ki, Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X6 tərəfindən onun barəsində tərtib olunmuş 15 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Zərdab Rayon Məhkəməsinin icraatında olan inzibati işdə inzibati xəta tərkibi yoxdur. Ona görə də xahiş edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Camal Alıyevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Vəkil izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxrıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, borclu Şəxs sözügedən icra vərəqələri üzrə olan borcunu tam olaraq ödəmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-546/2024 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.
Məhkəmə qərarları › İş №3(035)-546/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-546/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver