Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-549/2024 21.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən X1 Zərərçəkmiş şəxs İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Zərdab şəhəri, B.İsmayılov küçəsi dalan 2, ev 1-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 21 avqust 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X2 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs Fazil qızını vuraraq xəsarət yetirmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, həyat yoldaşı olan Zərərçəkmiş şəxs ilə 13 ildir ki, evlidir. Birgə nikahlarından 2 azyaşlı övladları var. Əvvəllər Gülnar ilə münasibətləri normal olsa da, Gülnarın onun ailə üzvləri ilə münasibətləri yaxşı olmamışdır. Sonuncu dəfə yəni 10 iyun 2024-cü il tarixdə təxminən saat 09 radələrində yaşadığı ünvanda olarkən, həyat yoldaşı olan Zərərçəkmiş şəxs ilə evə spirtli içki içib gəldiyi üçün aralarında mübahisə olmuş Gülnarı döymüşdür. Hazırda etdiyi əməldən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, o, Zərdab şəhər B.İsmayılov küçəsi dalan 2, ev 1-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə 13 ildir ki, evlidir. Birgə nikahlarında 2 azyaşlı övladları var. Əvvəllər Miri ilə münasibətləri normal olsa da, onun ailəsi ilə münasibətləri yaxşı olmamışdır. Son 4-5 ildə isə, onun ilə münasibətləri pisləşmişdir. Miri dəfələrlə onu söyüb təhqir etmiş və heç bir səbəb olmadan döyərək ona xəsarət yetirmişdir. Əri Şəxs dəfələrlə mütəmadi olaraq spirtli içki qəbul etdiyindən, aralarında söz-söhbətlər çox olduğu üçün dəfələrlə rayon Polis Şöbəsinə müraciətləri olmuşdur. 10 iyun 2024-cü il tarixdə sat 09 radələrində hazırlaşıb işə getmək istəyərkən Miri otağa daxil olmuş, o isə Miriyə çölə çıx paltarımı dəyişirəm söyləmişdir. Həmin vaxt aralarında sözlə mübahisə olmuş Miri onun qolundan və boyun nahiyəsindən tutub bərk sıxaraq yumruqla vurmuşdur. Bundan sonra o, DİN-nin 102 xidmətinə müraciət etmişdir. Eyni zamanda qeyd etmək istəyir ki, Miri onu vurub xəsarət yetirərkən o, Mirini vurmamış, ona xəsarət yetirməmişdir. Şəxs bağışlamır, onun ciddi cəzalanmasını xahiş edir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin TQ-nın təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində döymə və sair kimi zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibinin olması təsdiq edildiyindən onun barəsində həmin maddəyə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Zərdab rayon Polis Şöbəsinin İTB-nə təqdim edilməyi qərara alınmışdır. İş materiallarından görünür ki, Şəxs barəsində Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif edilmiş, Şəxs protokolla tanış olmuş və həmin protokolu imzalamışdır. İşdə olan Zərdab rayon Polis Şöbəsinin TQ-nın təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlinə görə toplanmış material üzrə cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın aidiyyəti üzrə Zərdab RPŞ-nin İTB-nə göndərilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş materallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:35-dən hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV.
Məhkəmə qərarları › İş №3(035)-549/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-549/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver