Məhkəmə qərarları › İş №3(035)-55/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-55/2024

24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-55/2024 24.01.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Zərərçəkmiş şəxs X3 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə ilə xx.xx.1994-cü ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Azərişıq ASC-nin Aran RETSİ-nin X2 işləyən, Zərdab şəhəri, M.Xəlilov küçəsi, dalan 1, ev 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 24 yanvar 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsinin RPŞ-nin inzibati təcrubə üzrə baş inispektoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nın 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs şəxs X6 izahat verərək bildirmişdir ki, hadisə zamanı ayağından yungül dərəcəli xəsarət almışdır. Hazırda inzibati xəta törətmiş şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, həqiqətən sözü gedən inzibati xətanı törətmişdir, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə zərərçəkmiş şəxs X3, inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, Zərdab rayon Polis Şöbəsinin RPŞ-nin inzibati təcrubə üzrə baş inispektoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən ona istinad olunan inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarından görünür ki, Şəxs barəsində Zərdab rayon Polis Şöbəsinin RPŞnin inzibati təcrubə üzrə baş inispektoru X1 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməlində İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Zərdab rayon DYPB-nə göndərilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X6 tərəfindən yazılmış 24.01. 2024-cü il tarixli ərizədən görünür ki, inzibati xəta törətmiş şəxslə barışmış və ona qarşı heçbir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İXM-nin 327.8. maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti,habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını məsuliyyəti yungülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs həmin maddə ilə təqsirli bilinməli və onun nəqliyyat vasitələrini idarə etmə hüququ mədudlaşdırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar