Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-550/2024 10.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi Zərdab rayon Prokurorunun nümayəndəsi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil iştirakı ilə, xx.xx.1968-ci ildə Kəlbəcər rayonunun Soyuqbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi təsərrüfat ilə məğul olan, Kəlbəcər rayonunun Soyuqbulaq kəndində qeydiyyatdda olmaqla, Zərdab rayonu Qoşaoba kəndində yaşayan Şəxs barəsində Zərdab rayon Prokurorluğundan Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə daxil olmuş inzibati xətta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən toplanmış materiala 10 oktyabr 2024-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon X1 tərəfindən xx.xx.2024-cü il tarixdə vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul olunmuşdur. Həmin qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 1992-1993-cü illərdən etibarən 2024-cü ilin iyun ayının 15-nə qədər Zərdab rayonu, Qoşaoba kəndi ərazisində yerləşən özünə məxsus maldarlıq fermasında vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmadan sahibkarlıq-mənfəət əldə etmək məqsədi ilə iri və xırda buynuzlu mal-qara yetişdirilməsi fəaliyyəti ilə məşğul olmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma inzibati xətasını törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, Zərdab rayonu, Qoşaoba kəndi ərazisində bacısı Həqiqət Həsənovanın maldarlıq ferması yaxınlğında onun öz ferması yerləşir. Bildirmək istəyir ki, onun barəsində tərtib olunmuş inzbati materialda onun barəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmasından söhbət getsədə o, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Məcburi köçkünlük statusu var. Məcburi köçkün olduğu üçün Zərdab rayonu Qoşaoba kəndi ərazisində məskunlaşmışdır. Fərdi təsərrüfat ilə məşğuldur. Təsərrüfatında heç bir işçisi yoxdur. Ancaq ailə üzvləri iə birlikdə öz fərdi təsərrüfatları ilə məşğul olurlar. Fərdi təsərrüfat ilə məşğul olduğu üçün vergi ödəyicisi kimi VÖEN-i yoxdur. Ona görə də barəsində toplanan inzibati xəta haqqında material üzrə özünü təqsirli bilmir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərdab rayon Prokurorunun nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat apaılan Şəxs 1992-1993-cü illərdən etibarən 2024-cü ilin iyun ayının 15-nə qədər Zərdab rayonu, Qoşaoba kəndi ərazisində yerləşən özünə məxsus maldarlıq fermasında vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmadan sahibkarlıqmənfəət əldə etmək məqsədi ilə sahinbkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul olunub baxılması üçün aidiyyəti üzrə Zərdab rayon məhkəməsinə göndərilmişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinə əsasən inzibati xəta hadisəsi törətmişdir və buna görə də onun barəsində həmin maddəyə uyğun olaraq inzibati tənbeh növündə cəza tətbiq edilməlidir. Ona görədə Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş edir. Əlavə olaraq qeyd etmək istəyir ki, Şəxs sahibkarlıq fəaliyyətindən nə qədər gəlir əldə etməsi barədə heç bir rəsmi qeydiyyat olmadığı üçün təhqiqat aparıldığı vaxtda dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Mahmudov X7 izahat verərək bildirmişdir ki, hesab edir ki, toplanmış inzibati xəta haqqında material səhv tərtib olunub və fikrini bununla əsasəlandırır ki, Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinə əsasən əgər bu şəxsin barəsində tənbeh növü seçiləsi olsa həmin maddəyə əsasən dəymiş ziyanın 4 misli miqdarında cərimə cəzası tətbiq edilməlidir və toplanmış materialdada dəymiş ziyan ilə əlaqədar olaraq heç bir məbləğ göstərilməmişdir. Əlavə olaraq onuda qeyd etmək istəyir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. O, öz yurd-yuvasından məcburi köçkün düşdükdən sonra gəlib məskunlaşdığı Zərdab rayonu Qoşaoba kəndi ərazisində aiə üzvləri ilə birlikdə fərdi təsərrüfat ilə maşğul olaraq öz ailəsinin dolanışığını təmin edir. O cümlədən onuda bildirmək istəyir ki, Azərbaycan Respublikasının 1994-cü ildə verdiyi müvafiq fərmanına əsasən kənd təsərrüfatı məhsulları istehsal edən şəxslər vergidən azaddırlar. Hesab edir ki, müdafiəçisi olduğu Şəxs barəsində toplanmış inzibati xəta haqqında material üzrə onun heç bir məsuliyyəti yoxdur və onun barəsində toplanmış həmin material üzrə inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İşdə olan xx.xx.2024-cü il tarixdə vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 1992-1993-cü illərdən etibarən 2024-cü ilin iyun ayının 15-nə qədər Zərdab rayonu, Qoşaoba kəndi ərazisində yerləşən özünə məxsus maldarlıq fermasında vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmadan sahibkarlıq-mənfəət əldə etmək məqsədi ilə iri və xırda buynuzlu mal-qara yetişdirilməsi fəaliyyəti ilə məşğul olmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma inzibati xətasını törətmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatlarından, tədqiq edilən inzibati xəta haqqında iş üzrə icraatın başlanmsı haqqında qərar və əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Zərdab rayon X1 tərəfindən xx.xx.2024-cü il tarixdə vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul olunmuşdur. Həmin qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 1992-1993-cü ildən 2024-cü ilin iyun ayının 15-nə qədər Zərdab rayon Qoşaoba kəndi ərazisində vergi uçotuna alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununlada onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati icraat başlanmış və baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin sanksiyasında göstərilir ki, Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. O, öz yurd-yuvasından məcburi köçkün düşdükdən sonra gəlib məskunlaşdığı Zərdab rayonu Qoşaoba kəndi ərazisində aiə üzvləri ilə birlikdə fərdi təsərrüfat ilə maşğul olaraq öz ailəsinin dolanışığını təmin edir. Şəxs barəsində toplanmış inzibati xəta haqqında material üzrə onun heç bir məsuliyyəti yoxdur. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şühbələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Yuxarıda müəyyən olunduğu kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibinin olması müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin İ-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ-ci hissəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1, 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda adı çəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXMnin 53.1, 53.1.1, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-550/2024 saylı işin icraatına inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-550/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-550/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver