Məhkəmə qərarları › İş №3(035)-552/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-552/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-552/2024 28.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X8 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi Zərdab RPŞ-nin İTB-nin rəisi X4 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Zərdab rayonu, Körpükənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonu, Körpükənd kəndində yaşayan Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiala 28 avqust 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* və xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollardan və əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:45 radələrində Zərdab rayonunun Körpükənd kəndində ucadan ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, Zərdab rayonu Körpükənd kəndində ailəsilə birlikdə yaşayır. Bir neçə illərdir ki, yaşadığı Körpükənd kəndində o və digər kənd sakinləri çəltik yetişdirməklə məşğul olur. Diqqətə çatdırmaq istəyir ki, çətik elə bir bitkidir ki, biçilib qurtardıqdan sonra çəltikdə quruma prosesinin getməsi üçün yalnız asfalt örtüyünün üzərinə səpilib quruya bilər. xx.xx.2024-cü il tarixdə özünə məxsus pay torpağında əkdiyi çəltik məhsulunu kənd ərazisindəki asfalt örtüyü üzərinə hər il tökdüyü kimi bu ildə tökən zaman rayon Polis Şöbəsindən ona çəltik məhsulunun götürülməli olduğu bildirilmiş o, cavabında hal-hazırda fəhlə tapa bilmədiyini fəhləni tapdıqdan sonra götürəcəyini bildirmişdir. Beləliklə bu zaman onunla polis əməkdaşları arasında mübahisə yaranmışdır. Məhkəmə iclasında Zərdab rayon Polis Şöbəsinin İTB-nin rəisi X12 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərdab rayonu Körpükənd kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. xx.xx.2024-cü il tarixdə saat 22:22-də Zərdab rayon X9 Hissəsinə daxil olmuş məlumat əsasında dərhal əməliyyat-istintaq qrupunun üzvləri Zərdab RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Fərid Eminov. DYPB-nin İTÜ baş inspektoru Rəvan Cəbrayılov, DYPB-nin Məhəmməd Rəsullu, İTB-nin sahə polis nəfəri Rəşid Tağıyev, Növbətçi Hissənin sürücüsü Fərid Eminov, PPXB-nin komandiri Xəyal Zamanov və həmin Əraziyə yaxın xidmət aparan PPXB-nin polis nəfərlərinin iştirakı ilə Körpükənd kəndinə getmişlər. Kəndin “Ala Qapı” adlanan əsas asfalt yoldan giriş hissəsindən kəndin içərisinə doğru asfalt yolun üzərində təxminən 500 metr uzunluqda, 2 metr enində qurudulmaq üçün iki tərəfli hərəkət yolunun bir hissəsinə çəltik bitkisi vətəndaş tərəfindən tökülmüşdür. Yayılan çəltik bitkisinin yolun hərəkət təhlükəsizliyinin təmin edilməsi qaydalarını pozduğunu görmüşlər. Bir qədər sonra həmin əraziyə Zərdab rayonu Körpükənd kənd sakini X1 tanıdıqları şəxs, bir qədər sonra isə kənd sakinləri gəlmişlər. X7 Əhmədovdan oraya tökülən çəltik bitkisinin kimə məxsus olduğunu soruşmuş, o isə cavabında ona məxsus olduğunu bildirmişdir. X7 Əhmədova və kənd sakinlrinə avtomobil yoluna kənd təsərrüfatı məhsullarının qurudulmaq üçün yığılması yollarda hərəkətin təhlükəsizliyinin təmini qaydalarının pozulduğu üçün Azərbaycan Respubikası İXM-nin 352.0.2-ci maddəsi ilə məsuliyyətə səbəb olduğunu və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə həmin çəltik bitkisinin oradan götürülməli olduğunu izah etmişlər. Bundan sonra Şəxs rayon rəhbərliyinin ona çəltik bitkisinin becərilməsində qərəzli münasibət göstərərək ona maneçilik yaradıb məhsulunun tələf olmasına səbəb olduğunu deyərək, ucadan ünvansız nalayiq sözlər deməyə başlamışdır. Buna görə də polis əməkdaşları onu nizam-intizama dəvət edərək nalayiq söyüşlər söyməməsini və ictimai qaydanı pozmamasını izah etmişlər. Polis əməkdşalrı Şəxs dəfələrlə iş fəaliyyətlərini pozmaması barədə dəfələrlə xəbərdarlıq etsələrdə o, hərəkətlərini davam etdirdiyi üçün onu Polis Şöbəsinə dəvət etmişlər. Lakin o onlarla heç bir yerə getməyəcəyini bildirdiyi üçün onu rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Bundan sonra İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X5 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab rayon X11 Qrupunun baş təhqiqatçısı X13 izhatında bildirmişdir ki, Zərdab rayon Polis Şöbəsinin baş təhqiqatçısı vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə saat 22:22-də Zərdab RPŞ-nin Növbətçi Hissəsinə daxil olmuş məlumat əsasında dərhal əməliyyat-istintaq qrupunun üzvləri Zərdab RPŞ-nin CAB-n əməliyyat müvəkkili Fərid Eminov, DYPB-nin İTÜ baş inspektoru Rəvan Cəbrayılov, DYPB-nin YPX inspektoru Məhəmməd Rəsullu, İTB-nin sahə polis nəfəri Rəşid Tağıyev, Növbətçi Hissənin sürücüsü Fərid Eminov, PPXB-nin komandiri Xəyal Zamanov və yaxın əraziələrdə xidmətdə olan digər polis əməkdaşlarının iştirakı ilə Körpükənd kəndinə gedərək kəndin “Ala Qapı” adlanan əsas yoldan giriş hissəsindən kəndin içərisinə doğru gedən yolda 500 metr uzunluğunda, 2 metr enində yolun hərəkət istiqamətinə çəltik məhsulunun töküldüyünü görmüşlər. Bir qədər sonra həmin əraziyə **-BX-*** dövlət qeydiyyat nişanlı, VAZ-21063 minik markaı avtomobil ilə bir nəfər vətəndaş yaxınlaşmış, həmin şəxs Zərdab rayonu Körpükənd kənd sakini Şəxs idi. Bir qədər sonra kənd sakinləridə həmin yerə gəlmişlər. Kənd sakinlərindən yola tökülmüş çəltik bitkisinin kimə məxsus olduğunu soruşduqda Şəxs ona məxsus olduğunu bildirmişdir. Onlar ona və digər kənd sakinlərinə avtomobil yoluna kənd təsərrüfatı məhsulunun qurudulmaq üçün yığılmasının Azərbaycan Respublikası İXM-nin 352.0.2-ci maddəsinə əsasən inzibati məsuliyyət yaratdığını ve beləliklə bu kimi halların qanunla qadağan olunduğunu bildirmişlər. Bu zaman Şəxs etiraz əlaməti olaraq rayon rəhbərliyinin ona çəltik bitkisinin becərilməsində qərəzli maneçilik yaradıb məhsulunun xarab olmasına səbəb olduğunu deyərək, ucadan ünvansız nalayiq sözlər deməyə başlamışdır. Buna görə də o və digər polis əməkdaşları onu nə qədər nizam-intizama dəvət etməyə çalışsalarda onu sakitləşdirə bilməmiş və bundan sonra onu rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə iclasında izahat verən digər şahidlər, Zərdab RPŞ-nin DYPB-nin İTÜ baş inspektoru Rəvan Cəbrayılov və rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Ramin İsmayılov şahid X6 izahatına uyğun izahatlar vermişlər. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-ci il tarixdə saat 22:45 radələrində Zərdab rayonu Körpükənd kəndində ucadan nalayiq ifadələr işlədərək ünvansız söyüşlər söymüşdür. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:45 radələrində Zərdab rayonu Körpükənd kəndi ərazisində polisin qanuni tələbinə tabe olmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, AZA 020533 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:30-də inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli, 124 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi iə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoşluq müayinəsindən imtina etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokollar və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:45 radələrində Zərdab rayonu Körpükənd kəndi ərazisində olarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və ucadan nalayiq ifadələr işlətmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati xətanı səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini və hadisəni sərxoş vəziyyətdə törətməsini məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 01:30-dan hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar