Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-553/2024 18.09.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X7 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonu, Körpükənd kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 352.0.2 və 343.1-ci maddələri ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 18 sentyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılsada tibbi müayinədən imtina etmiş və avtomobillərin hərəkət zolağında kənd təsərrüftı məhsullarının qurudulması inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən X3 izahat verərək bildirmişdir ki, polis əməkdaşları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi polis şöbəsinə dəvət etmişlər. Ona içkili olmaqda şübhəli olduğu üçün onu tibbi müayinədən keçməyə dəvət etsələrdə , o müayinədən keçməkdən imtina etmişdir. Bununlada o, Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsinin tələblərini pozmuşdur. Buna görə də onun barəsində Azəbaycan Respublikası İXM-nin 343.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 03:46-da polis əməkdaşları onu Zərdab rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. Xəstəxananın təcili tibbi yardım bölməsinə daxil olmamışdan qabaq Fuad Orucov ona bundan əvvəl səni narkotik ilə şərləmək istədim alınmadı ancaq indi alınacaq deyib qolundan tutaraq ona içəri daxil olmasını söyləmişdir. Bundan sonra o, qorxduğu üçün müayinədən keçməkdən imtina edərək tibbi müayinədən imtina etmişdir. O, alkotester deyil narkotesterdən keçəcəyini başa düşmüşdür. Alkotesterdən keçəcəyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X5 izahatında bildirmişdir ki, Şəxs tibbi müayinədən keçməkdən imtina edən zaman onun yanında olmamışdır. Bundan başqa tibbi müayinədən keçməkdən imtina etdiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib olunan vaxtda onun yanında olmamışdır Məhkəmə iclasında şahid qismində izahat verən X6 izahatında bildirmişdir ki, Şəxs onun yeznəsidir. Polis Şöbəsindən ona zəng edilərək Əhmədiyənin polis şöbəsində olduğu ona deyilmişdir. O, bu zəngdən sonra dayısıoğlu ilə birlikdə rayon polis şöbəsinə gedən zaman Əhmədiyənin polis əməkdaşları tərəfindən post patrul maşınına mindirildiyini görmüşdür. Onlar post patrul xidməti maşının rayon Mərkəzi Xəstəxanası tərəfə getdiyini görüb Əhmədiyəni ora apardıqlarını bilib narahat olduqları üçün onlarda xəstəxanaya getmişlər. Onlar Əhmədiyənin yanına çatan vaxt Fuad adlı şəxsin ona “səni Mingəçevirə aparıb orada şərləyə bilmədim ancaq burda şərləyəcəm, gəl burada narkotesterdən keç” deməsini eşitmişdir. Ancaq Əhmədiyəyə inzibati xəta haqqında protokol tərtib olunan vaxt onun yanında olmamışdır. Məhkəmə iclasında izahat verən digər şahid X2 izahat verən şahid Elvin Həmidlinin izhatına uyğun ifadə vermişdir. İşdə olan Zərdab rayon X12 Patrul Xidmət X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 03:46-da Azərbaycan Respublikası İXM-nin 352.0.2 və 343.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə yolun asvalt örtüyünə kənd təsərrüfatı məhsulu tökmüş və sərxoşluğun müəyyən edilməsi üçün tibbi müayinədən imtina etdiyi üçün inzibati xəta hadisəsi törətmişdir. Azərbaycan Respublikası İXM-nin 352.0.2-ci maddəsinə əsasən yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə, yaxud tutulmasına, yolda kənd təsərrüfatı məhsullarının qurudulmasına, zibil və qar yığınlarının yaradılmasına görə - fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 343.1. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görədörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 352.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 352.0.2 və 343.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə təqsirli bilinib 400 (yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-553/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-553/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver