Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-559/2023 09.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ ( inzibati xəta haqqında iş üzrə ) Zərdab Rayon Məhkəməsi X8 Elxan oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi ilə, İnzibati xəta törətmiş Şəxs icraçı direktoru X5 İnzibati xəta haqqında protokolu tərtib edən X9 Xidməti Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə Şəxs barəsində X9 Xidməti Mərkəzi Aran regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola 09 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Mərkəzi Aran regional şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs tərəfindən Zərdab rayonu Körpükənd sakini Zərərçəkmiş şəxs xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Şəxs icraçı direktoru X10 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək Şəxsndə nizamlayıcı vəzifəsində işləmişdir. O, Zərərçəkmiş şəxs xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə X9 Xidməti Mərkəzi Aran regional şöbəsinin 15 sentyabr 2023-cü il tarixli MN ******* saylı qərarı ilə fiziki şəxs kimi 3000 manat məbləğində cərimə edilmişdir. O, qanunları bilmədiyindən inzibati xətaya yol vermişdir, əgər bilsəydi inzibati xətaya yol verməzdi. Bununla belə, hazırda səhfini başa düşür, etdiyi əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X7 izahatında bildirmişdir ki, Şəxs tərəfindən Zərdab rayonu Körpükənd sakini Zərərçəkmiş şəxs xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi aşkar edilmiş və bu səbəbdən Şəxs icraçı direktoru X10 vəzifəli şəxs kimi X9 Xidməti Mərkəzi Aran regional şöbəsinin 15 sentyabr 2023-cü il tarixli, MN ******* saylı qərarı ilə 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq edildiyi nəzərə alınaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon məhkəməsinə göndərilmişdir. Şəxsin qanunları bilməməsi onu məsuliyyətdən azad etmir. Ona görə də protokolu müdafiə edir və hüquqi şəxs Şəxs barəsində qanini tədbir görülməsini məhkəmədən xahiş edir. İş materiallarında olan X9 Xidməti Mərkəzi Aran regional şöbəsinin baş əmək müfəttişi X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan X9 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəisi X11 tərəfindən qəbul edilmiş 15 sentyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs icraçı direktoru X3 Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi hər hansı işlərin yerinə yetirilməsinə cəlb etdiyi üçün Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Zərdab rayonu Körpükənd sakini Zərərçəkmiş şəxs izahatının surətindən görünür ki, o, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək Şəxsndə nizamlayıcı vəzifəsində işləmiş, lakin, işlədiyi müddətdə Şəxs ilə onun arasında hər hansı bir müqavilə bağlanmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs Zərərçəkmiş şəxs ilə hərhansı bir müqavilə bağlamadan onu xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək Şəxsndə nizamlayıcı vəzifəsində işlətmişdir. Bununla da, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nın 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nın 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs icraçı direktorunun ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən hüquqi şəxs Şəxs törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 20000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM : İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-559/2023
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-559/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver