Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-575/2023 30.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ (X5 İş üzrə ) Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi x katibliyi Barəsində X5 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227 və 232-1-ci maddələri ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş X5 protokola və ona əlavə edilmiş materiala 30 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı və xx.xx.2023-cü il tarixli, MN ******* saylı X5 protokollardan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs 25 iyul 2023-cü il tarixdə saat 02 radələrində X4 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus mağazada olan soyuducunun kilidini qırmaqla ona 60 manat dəyərində ziyanlıq vurmada və xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus mağazanın soyuducusunun kilidini qıraraq 38 manat dəyərində pivə oğurlamaqda təqsirləndirilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, lakin, xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək ona dəymiş ziyanın ödənildiyini, Şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, Şəxs barəsində olan X5 işin icraatına xitam verilməsini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində X5 iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, X4 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus mağazada olan soyuducunun kilidini qırmaqla pivə oğurlamışlar. Hazırda əməlindən peşmandır. Zərərçəmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Ona görə də barəsində olan X5 işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə barəsində X5 iş üzrə icraat aparılan şəxsi dinləyib, X5 iş materallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, işdə olan Zərdab rayon Polis Şöbəsinin TQ-nın təhqiqatçısı X1 tərəfindən qəbul edilmiş 04 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət olmaması əsası ilə cinayət işinin başlanması rədd edilməklə barəsində Azərbaycan Respublikası İXM-nin 227 və 232-1-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı və xx.xx.2023-cü il tarixli, MN ******* saylı X5 protokollardan görünür ki, Şəxs barəsində X5 protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 227 və 232-1-ci maddələri ilə tövsif edilmiş, Şəxs həmin protokollarla tanış olmuş və etdiyi əməldən peşman olduğunu bildirərək həmin protokolu imzalamışdır. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmış, ondan heç bir çikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir və işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan barəsində X5 iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir, ona görə də işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş X5 iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.1.10-cu maddəsinə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda X5 iş üzrə icraata xitam verilir. Məhkəmə iş materiallarını araşdırıb, zərərçəkmiş şəxsin inzibati xəta törədən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsi və ona qarşı şikayət və tələbinin olmaması barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində X5 iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 128-130-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə təqsirləndirilməsinə dair X5 3(035)-575/2023 saylı işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV .
Məhkəmə qərarları › İş №3(035)-575/2023
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-575/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver