Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-582/2023 10.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ (X6 İş üzrə ) Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab şəhəri, Alı Mustafayev küçəsi, ev 25-də yaşayan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş X6 protokola və əlavə edilmiş materiala 10 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı X6 protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2023-ci il tarixdə saat 23:45də ünvan 1 ünvanında təşkil olunmuş məclisdə olarkən həmin əraziyə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2023-ci il tarixdə qohumu Elçinin oğlunun toy məclisi ilə əlaqədar təşkil olunmuş “ciyar axşamı” məclisində olarkən saat 23:45 radələrində həmin həyətə polis əməkdaşları gəldiyi üçün onlarla aralarında anlaşılmazlıqlar olmuş, sərxoş olduğundan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Hazırda etdiyi əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X2 izahatında bildirmişdir ki, Zərdab RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Anar Baxışlı ilə birlikdə ünvan 1 ünvanında təşkil olunmuş məclisdə olarkən bir neçə nəfərin qumar oynadıqlarını görüb onlara yaxınlaşaraq özlərini təqdim etdikdə sonradan adlarını bildiyi Emin və Anar adlı şəxslər sərxoş vəziyyətdə onlarla mübahisə edərək ucadan ünvansız söyüşlər söyərək onların qanuni tələblərinə tabe olmamışdır. Lakin buna baxmayaraq onların Polis Şöbəsinə gətirilməsi təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X5 şahid X1 izahatına uyğun izahat vermişdir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi Məmmədrəhimli Ziya famil oğlu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı X6 protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan 06 oktyabr 2023-cü il tarixli, 700 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan” görünür ki, müayinə zamanı Şəxs yüngül dərəcəli sərxoşluq aşkar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatları, məhkəmə iclasında tədqiq edilən X6 protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2023-ci il tarixdə saat 23:45-də ünvan 1 ünvanında yerləşən həyətdə olarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsini, əməlindən peşman olmasını, 1-ci Qarabağ Müharibəsi veteranı olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini və inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-582/2023
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-582/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver