Məhkəmə qərarları › İş №3(035)-583/2023

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-583/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-583/2023 10.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ (X6 İş üzrə ) Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zərdab şəhəri, Heydəe Əliyev prospekti ev 20 A, mənzil 4-də yaşayan Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş X6 protokollara və əlavə edilmiş materiala 10 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* və MN ******* saylı X6 protokollardan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2023-ci il tarixdə saat 23:45-də ünvan 1 ünvanında təşkil olunmuş məclisdə olarkən ucadan nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmiş və həmin əraziyə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2023-ci il tarixdə dayısı oğlunun toy məclisi ilə əlaqədar təşkil olunmuş “ciyar axşamı” məclisində olarkən saat 23:45 radələrində həmin həyətə polis əməkdaşları gəldiyi üçün onlarla aralarında anlaşılmazlıqlar olmuş, sərxoş olduğundan ucadan söyüşlər söymüş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Hazırda etdiyi əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X2 izahatında bildirmişdir ki, Zərdab RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Anar Baxışlı ilə birlikdə ünvan 1 ünvanında təşkil olunmuş məclisdə olarkən bir neçə nəfərin qumar oynadıqlarını görüb onlara yaxınlaşaraq özlərini təqdim etdikdə sonradan adlarını bildiyi Emin və Anar adlı şəxslər sərxoş vəziyyətdə onlarla mübahisə edərək ucadan ünvansız söyüşlər söyərək onların qanuni tələblərinə tabe olmamışdır. Lakin buna baxmayaraq onların Polis Şöbəsinə gətirilməsi təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X5 şahid X1 izahatına uyğun izahat vermişdir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi Məmmədrəhimli Ziya famil oğlu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı X6 protokoldan görünür ki, Şəxs xx.xx.2023-ci il tarixdə saat 23:45 də ucadan nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi Məmmədrəhimli Ziya famil oğlu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı X6 protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ucadan söyüşlər söyən zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, 020465 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 06 oktyabr 2023-cü il tarixli, 698 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan” görünür ki, müayinə zamanı Şəxs yüngül dərəcəli sərxoşluq aşkar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatları, məhkəmə iclasında tədqiq edilən X6 protokollar və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2023-ci il tarixdə saat 23:45-də ünvan 1 ünvanında yerləşən həyətdə ucadan nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmiş və həmçinin həmin vaxt polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsini, əməlindən peşman olmasını, 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini və inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar