Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-588/2023 10.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ ( inzibati xəta haqqında iş üzrə ) Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Zərdab şəhəri, B.Allahverdiyev küçəsi ev 5-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 10 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 10 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında göstərmişdir ki, Ucar Rayon Dövlət Notariat ofisinin 8İ-2743 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 47217.19 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə, Ucar Rayon Dövlət Notariat ofisinin 8İ-2744 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 14338.65 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə və Zərdab Rayon Dövlət Notariat kontorunin 8İ-1079 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 382.3 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədləri müvafiq olaraq Zərdab rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcun ödənişini təmin etməmiş, çağırışlara gəlməmişdir. Bu səbəbdən onun barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan olunaraq aidiyyatı üzrə Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə İcra və Probasiya şöbəsinə gəlmiş, izahatı alınmış, yaranmış borcunun ödənilməsinin zəruriliyi bir daha ona izah olunmuş, lakin borclu tələbi icra etməmişdir. Beləliklə, borclu icra sənədləri üzrə tələbi icra etməkdən yayınmışdır. Bununlada o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, maddi imkanı olmadığından borcunu ödəyə bilmir. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan Ucar Rayon Dövlət Notariat ofisinin 8İ-2743 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, Şəxs cəmi 47217.19 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İşdə olan Ucar Rayon Dövlət Notariat ofisinin 8İ-2744 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, Şəxs cəmi 14338.65 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İşdə olan Zərdab Rayon Dövlət Notariat kontorunin 8İ-1079 nömrəli, xx.xx.2019-cu il tarixli icra qeydindən görünür ki, Şəxs 382.3 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İşdə olan icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Ucar Rayon Dövlət Notariat ofisinin 8İ-2743 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Ucar Rayon Dövlət Notariat ofisinin 8İ-2744 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərdab Rayon Dövlət Notariat kontorunin 8İ-1079 nömrəli, xx.xx.2019-cu il tarixli icra qeydi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Şəxs Ucar Rayon Dövlət Notariat ofisinin icra qeydləri və Zərdab Rayon Dövlət Notariat kontorunin icra qeydi üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs Ucar Rayon Dövlət Notariat ofisinin icra qeydləri və Zərdab Rayon Dövlət Notariat kontorunin icra qeydinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 10 oktyabr 2023-cü il tarixdən saat 15:00-dən hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-588/2023
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-588/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver