Məhkəmə qərarları › İş №3(035)-589/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-589/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-589/2024 09.09.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi Zərdab RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X1 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Zərdab rayonu, Məlikumudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonu, Məlikumudlu kəndində yaşayan Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiala 09 sentyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* və xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollardan və əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00 radələrində Zərdab rayonunun Məlikumudlu kəndində ucadan ünvansız söyüş söymüş və polisin qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, Zərdab rayonu Məlikumudlu kəndində ailəsilə birlikdə yaşayır. Mütəmadi olaraq spirtli içki qəbul edir. xx.xx.2024cü il tarixdə sərxoş olduğu üçün atası ilə aralarında münaqişə yarandığı üçün atası polisə zəng etmişdir. Atasının polisə zəng etdiyini bldikdən sonra əsəbləşib ucadan ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Bunu görən polis əməkdaşları onu sakitləşdirməyə çalışsalarda o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Etdiyi əməldən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini icra edən X2 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00 radələrində Zərdab rayonu Məlikumudlu kəndi ərazisində ucadan ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında şahid qismində izahat verən X5 izhatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun oğludur. O, mütəmadi olaraq spirtli içki içib evə gələrək onunla və digər ailə üzvləri ilə dalaşır, onu, anasını və digər qohumlarını nalayiq ifadələrlə söyüb təhqir edir. Bu hallar dəfələrlə təkrar olunur. Ona spirtli içki içməməsi ilə əlaqədar olaraq dəfələrlə xəbərdarlıq etsə də heç bir nəticəsi olmamışdır. xx.xx.2024-cü il tarixdə yenədə o, spirtli içki içərək evə gəlib onunla dalaşmış, buna görə də o, polisə zəng edərək oğlundan şikayət etmişdir. Bunu bilə Şəxs spirtli içki təsirində olduğu üçün nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəm iclasında şahid qismində izahat verən Zərdab rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri vəzifəsində çalışan X6 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:11-də istintaq əməliyyat qrupunun üzvü olan zaman Zərdab rayonu Məlikumudlu kənd sakini X5 Azərbaycan Respublikası DİN-nin 102 Xidməti-X7 etdiyi müraciəti əsasında RPŞ-nin, TQ-nin təhqiqatçısı Nihad Əhmədovla birlikdə hadisə yerinə getmişlər. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs onların gəldiyini görən kimi ucadan ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Onlar onu nə qədər nizam intizama dəvət etməyə çalışsalarda o, öz qanunsuz hərəkətlərini dava etdirərək onlarn qanuni tələbinə tabe olmamışdır. O, bu hərəkətləri davam etdirərkən hərəkətlərindən və davranışlarından sərxoş olduğu başa düşülürdü. Bundan sonra onlar həmin şəxsi rayon Polis Şöbəsinə gətirərək Növbətçi hissəyə təhvil vermişlər. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-ci il tarixdə saat 00 radələrində ünvan 2 ünvansız söyüşlər söymüşdür. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00 radələrində Zərdab rayonu Məlikumudlu kəndi ərazisində polisin qanuni tələbinə tabe olmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, AZA 020539 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:40-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokollar və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00 radələrində Zərdab rayonu Məlikumudlu kəndi ərazisində olarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və ucadan nalayiq ifadələr işlətmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati xətanı səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini və hadisəni sərxoş vəziyyətdə törətməsini məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 02:40-dan hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar