Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-59/2025 02.04.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X8 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 İnzibati xəta törətmiş şəxs X3 iştirakı ilə, xx.xx.1979-cu ildə Zərdab rayonunun Dəkkəoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Zərdab rayonunun Dəkkəoba kəndində yaşayan X6 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 02 aprel 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 14 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin e-2(035)-636/2024-016 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu X2 əsas borca görə 3500 manat, faiz borcuna görə 136,20 manat, banka vurulmuş zərərə görə 92,36 manat və ödənilmiş dövlət süsumuna görə 57,29 manat, cəmi 3785,85 manat pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi və Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-640/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclular X6 və X4 müştərək qaydada 1517,68 manat əsas, 116,61 manat faiz borcu, 34.3 cərimə borcu və 36,69 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İcra sənədləri müvafiq olaraq Zərdab rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu icra şöbəsinə dəvət olunmuş izahatı alınmış, icra sənədlərinin icra olunmasının zəruriliyi ona izah olunmuş, lakin, borclu icra sənədini icra etməkdən qərəzli şəkildə bayun qaçırmışdır. Bununlada o, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, borclu X6 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən X3 inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məhkəmə iclasında bildirmişdir ki, maddi imkanı olmadığından borcunu ödəyə bilmir. Əgər vaxt verilsə belə həmin borcu ödəyə bilməyəcəkdir. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin e-2(035)-636/2024-016 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, borclu X2 əsas borca görə 3500 manat, faiz borcuna görə 136,20 manat, banka vurulmuş zərərə görə 92,36 manat və ödənilmiş dövlət süsumuna görə 57,29 manat, cəmi 3785,85 manat pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-640/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, borclular X6 və X4 müştərək qaydada 1517,68 manat əsas, 116,61 manat faiz borcu, 34.3 cərimə borcu və 36,69 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-640/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan icraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin e-2(035)-636/2024-016 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İş materiallarından görünür ki, borclu X6 barəsində icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu X1 Kommersiya Məhkəməsinin e-2-2(117)-640/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi və Zərdab Rayon Məhkəməsinin e-2(035)-636/2024-016 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, X1 Kommersiya Məhkəməsinin e-2-2(117)- 640/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi və Zərdab Rayon Məhkəməsinin e-2(035)-636/2024-016 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 16:00-dən hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-59/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-59/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver