Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-590/2024 11.09.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi, Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonunun Məmmədqasımlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 11 sentyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X3 11 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X3 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 3(035)-269/2020 saylı, xx.xx.2020ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat inzibati qaydada cərimə edilməyi qərara alınmışdır. İcra vərəqəsi Zərdab rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun könüllü icra etməsi üçün yaşadığı ünvanına göndərilmişdir. Borclu icra vərəqəsində qeyd olunan öhdəliyi könüllü şəkildə icra etməməsi səbəbindən o, rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş və bildiriş ona təqdim edilmişdir. Ancaq borclu bildirişi alsada verilmiş müddət ərzində inzibati cərimənin ödənilməsini təmin etməmişdir. Bundan sonra borclu yenidən İcra və Probasiya Şöbəsinə dəvət olunmuş və ona hequqları, vəzifələri və məsuliyyəti izah olunmaqla məhkəmə qərarının dövlətin adından çıxdığının və icrasının hər kəs üçün məcburi olduğu izah olunmasına baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək tələbi təmin etməmiş və məhkəmə qrarının icrasından yayınmışdır. Bu zaman ona xəbərdarlıq məktbu təqdim edilərək inzibati cəriməni ödəməsi üçün vaxt verilsədə o, tələbi təmin etməmiş və çağırışa gəlməmişdir. Çağırışa gəlmədiyindən və tələbi təmin etmədiyindən və eləcədə yerini gizlətdiyi üçün onun barəsində axtarış qərarı qəbul edilmişdir. Axtarış nəticəsində borclunun İcra Şöbəsinə gətirilməsi təmin edilmişdir. Bundan sonra borcluya bir daha hüquqları, vəzifələri və məsuliyyəti izah olunmaqla məhkəmə qərarının dövlətin adından çıxdığı və icrasının hər kəs üçün məcburi olduğu izah olunmasına baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək tələbi təmin etməkdən yayınmağa çalışmışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun barəsində inzibati xəta haqqında protokol tərtib olunanadək icra sənədi üzrə olan borcunu ödəməkdən yayınsada ancaq halhazırda borcunu tam olaraq ödəmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Zərdab Rayon Məhkəməsinin 3(035)-269/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə 100 manat cəriməni maddi imkanın zəyif olması və işləməməsi səbəbindən bu günə qədər ödəyə bilməmişdir. Hal-hazırda icra sənədi üzrə olan borcunu tam ödəmişdir. Məhkəmə Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Camal Alıyevin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparlan şəxs Şəxs Zərdab Rayon Məhkəməsinin 3(035)-269/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə 100 manat borcunu ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin qeyd hissəsində göstərilir ki, bu məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxrıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, borclu Şəxs sözügedən icra vərəqəsi üzrə olan borcunu tam olaraq ödəmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-590/2024 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.
Məhkəmə qərarları › İş №3(035)-590/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-590/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver