Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-591/2023 19.12.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ ( İnzibati xəta haqqında iş üzrə ) Zərdab Rayon Məhkəməsi X3 sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Tələbakr "xxxx" MMC-nin nümayəndəsi X7 oğlunun İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Zərdab rayonunun Dəkkəoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, evli, Zərdab rayonunun Dəkkəoba kəndində yaşayan Şəxs barəsində Zərdab rayon İcra və Probasiya şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xətta haqqında protokol və ona əlavə edilmiş materiala 19 dekabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 11 oktyabr 2023-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-1075/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 8521,05 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməsi və 2(035)-423/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən isə Şəxs 3021,79 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İcra sənədləri müvafiq olaraq Zərdab rayon icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Xəbərdarlıqlar göndərilməsinə baxmayaraq borclu tələbi icra etməmişdir. Hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, bugünədək tələbkarla öz aralarında razılğa gəldikləri üçün və həmçinin maddi imkanı olmadığı üçün borcunu ödəməmişdir. Hazırda borcunu birdəfəyə tam şəkildə ödəmək imkanı yoxdur. Lakin, hissə-hissə borcunu ödəyəcəkdir. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin icra məmuru Aysel Yusifovanın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-1075/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 8521,05 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-423/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 3021,79 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-1075/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-423/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatlarından, icra işinin və hazırkı işin materiallarından müəyyən olunmuşdur ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-1075/2017 saylı, xx.xx.2017-ci il tarixli və 2(035)-423/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədinin icrası təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaranır. Həmin Məcəllənin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs şəxsiyyətini, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarına, tədqiq edilən iş materiallarına əsasən belə nəticəyə gəlir ki, Şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)- 1075/2017 saylı, xx.xx.2017-ci il tarixli və 2(035)-423/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqələri üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)- 1075/2017 saylı, xx.xx.2017-ci il tarixli və 2(035)-423/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqələrinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərinin yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində olan məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü olan aşağı həddə cərimə tətbiq edilməsini məqsədə müvafiqdir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-591/2023
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-591/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver