Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-6/2024 06.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddələsi ilə təqsirləndirilməsinə dair Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara 06 fevral 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində özünə məxsus qoşalüləli, 16 çaplı, “BUM” markalı, 69147 nömrəli ov tüfəngi ilə 51 saylı qəsəbədə olarkən 01 ədəd çöl quşu (alabaxta) ovlamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, özünə məxsus “BUM” markalı, 16 çaplı qoşalülə, 69147 nömrəli yivsiz ov tüfəngi var ancaq ovçular cəmiyyətinin üzvü deyil. 18 noyabr 2023-cü il tarixdə saat 17 radələrində həmin təfənglə 51 saylı qəsəbənin yaxınlığında müşəlik adlanan əraziyə axşam yemək üçün bir neçə ədəd (alabaxta) çöl quşu vurmaq məqsədi ilə getmişdir. O, hava qaralan kimi ağaclıq adlanan yerdə olan quşlara 2 dəfə atəş açmış, orada olan çöl quşlarından birini ovlamışdır. Qanunsuz olaraq ov qaydalarını pozduğuna görə əməlindən peşmandır. Qoşalüləli, 16 çaplı, “BUM” markalı, 69147 nömrəli ov tüfəngi özünə məxsusdur, yəni müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi vardır. İşdə olan Zərdab rayon X3 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs barəsində inzibati xtalar məcəlləsinin 272.3-cü maddəsi ilə iş üzrə icraat aparılması qərara alınmışdır. İş materiallarında olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən tərtib edilmiş 28 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməli müvafiq olaraq Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə töfsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını, məsuliyyəti yungülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, habelə ilk dəfə inzibati xəta törətməsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan Qoşalüləli, 16 çaplı, “BUM” markalı, 69147 nömrəli ov tüfəngi müsadirə edilməməklə, 01 (bir) il müddətə ov hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən Qoşalüləli, 16 çaplı, “BUM” markalı, 69147 nömrəli ov tüfəngi müsadirə edilməməklə, 01(bir) il müddətə ov hüququ məhdudlaşdırılsın. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM : İLQAM HƏSƏNQULİYEV.
Məhkəmə qərarları › İş №3(035)-6/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-6/2024
06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver