Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-60/2025 17.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 17 fevral 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N ET D İ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 17 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 izahatında göstərmişdir ki, Zərdab rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)-155/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən başalayaraq Şəxs hər ay hər uşağa görə 100 manat cəmi 200 manat alınaraq X1 ödənilməsi qət edilmişdir. İcra vərəqəi Zərdab rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş və qeyd edilən tarixdə icraata başlamaq haqqında qərara qəbul edilkərək bildirşlə birgə borclunun könüllü icra etməsi üçün qeydiyyatda olduğu ünvanına göndərilmişdir.Borclu icra vərəqəsində qeyd olunan öhdəliyi könüllü şəlikldə icra etməməsi səbəbindən onun ünvanına inzibati məsuliyyəyə cəlb ediləcəyi barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq, borclu çağırışlara gəlməmiş və öhdəliyi icra etməmişdir. Borclunun bir neçə dəfə izahatı alınsada o, tələbi təmin etməmiş və çağrışlara gəlməmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə izahatı alınaraq vaxt verilsədə o, tələbi təmin etməmişdir. Ona görə də xx.xx.2024-cü il tarixdə izahatı alınaraq barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş və borclu Zərdab Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli qərarı ilə 08 gün müddətində inzibati qaydada həbs edilmişdir. Lakin, borclu bundan nəticə çıxarmayaraq sonrakı müddət ərzində də aliment borcunu ödəməyərək icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmışdır. Hazırda borclunun tələbkara 11470 manat aliment borcu yaranmışdır. Beləliklə, borclu icra vərəqəsi üzrə tələbi icra etməkdən yayınmışdır. Bununlada, o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, maddi imkanı olmadığından alimentini ödəyə bilməmişdir. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1- 1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan 2(035)-155/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdən başalayaraq hər ay hər uşağa görə 00 manat cəmi 200 manat alınaraq X1 ödənilməsi qət edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-155/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan Zərdab Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 3(035)-522/2024 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. İşdə olan ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Şəxs 2(035)- 155/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə aliment borcu 11470 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)-155/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)- 155/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətməklə icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş ) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 17 fevral 2025-ci il tarixdən saat 15:40-dan hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-60/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-60/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver