Məhkəmə qərarları › İş №3(035)-607/2023

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-607/2023

27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-607/2023 27.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ ( inzibati xəta haqqında iş üzrə ) Zərdab Rayon Məhkəməsi X5 sədrliyi x oğlunun katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Zərdab rayonunun Qoşaoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, isləməyən, Zərdab rayonunun Qoşaoba kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 27 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində Zərdab rayonunun Qoşaoba kəndi ərazisində qonşusu X2 döymüşdür. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, X3 onun əmisi arvadıdır və onunla qonşuluqda yaşayır. xx.xx.2023-cü il tarixdə Mehparə ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı onu vurmuşdur. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs X3 məhkəmə iclasına gəlməmiş Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsi dinləyib, inzibati xəta haqqında iş materallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, işdə olan Zərdab rayon Polis Şöbəsinin TQ-nın təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş 17 sentyabr 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsində cinayət təqibinə xitam verilməklə əməlində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə faktı üzrə barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. İşdə olan məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilən xəsarətlər – sağ bazu və sol sağrı nahiyyələrində qançır, sağ əl pəncəsi nahiyyəsində çapıq küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində X2 döyməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxsnın ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb olunmasını, əməlindən peşman olmasını məsuliyyəti yungülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə iclasında tərəflərin barışmasına dair hər hansı bir sənəd təqdim edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü olan cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM : İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar