Məhkəmə qərarları › İş №3(035)-61/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-61/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-61/2025 03.03.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X2 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Kəlbəcər rayonunun Soyuqbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıqla məşğul olan, Zərdab rayonunun Qoşaoba kəndində yaşayan Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə Şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara 03 mart 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş 06 fevral 2025-ci il tarixli, MN ******* saylı inzabati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Zərdab rayonu Qoşaoba kəndində yaşayan Şəxs ünvan 1ının mühafizə zonasında taxıl bitkisi əkməklə su obyektlərinin mühafizəsi qaydalarını pozmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, 1993-cü ildən 6 ailə ilə birlikdə Kəlbəcər rayonundan məcburi köçkün düşərək Zərdab rayonu Qoşaoba kəndinin çöl ərazisində məskunlaşmışlar. Həmin ərazidə su qıtlığı olduğu üçün suya olan təlabatlarını ödəməkdə çətinlik çəkmişlər. Bu səbəbdən 2016-cı ildə Zərdab Rayon İcra Hakimiyyətinə müraciət edərək sututarlardan istifadə etmək üçün izazə almışlar. Təxminə 3-4 il əvvəl sel sularının qarşısını almaq üçün bənd-bərkidmə işləri aparılarkən çayın kənarında olan ağaclar xüsusi texnika vasitəsilə çıxarılıb kənara yığılmışdır ki, bu da həmin ərazidə boş sahələrin yaranmasına səbəb olmuşdur. Həmin vaxt rayonun bir neçə sakini həmin ərazilərdə yonca bitkisi əkmişlər. Lakin, sonradan yenidən Türyançayın daşması ilə əlaqədar həmin sakinlər ərazilərin yararsız olduğunu görüb oranı tərk etmişlər. Bundan sonra o, həmin ərazinin təxminən 5-6 hektar ərazisində taxıl bitkisi əkmişdir. Ekologiya Nazirliyinin əməkdaşları ona taxılı əkdikdən sonra həmin ərazidə əkin əkmə işinin qadağan olunması barədə məlumat vermişlər. Həmin ərazidə, yəni çayın mühafizə zonasında taxıl bitkisi əkməsinin qadağan olmasından xəbəri olmamışdır. Hesab edir ki, onun günahı yoxdur, qanunu bilməməkdən olmuşdur. Bununla belə əməlindən peşmandır. Barəsində olan inzibati xəta haqqında materialın icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Zərdab şəhər sakni X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər orqanlara eyni məzmunlu ərizələr ünvanlayaraq Şəxs ünvan 1ının mühafizə zonasında süni göllər yaratması, kütləvi şəkildə yulğun ağaclarını kökündən kəsməsi barədə etdiyi müraciətlə əlaqədar sözügedən əraziyə baxış keçirilmiş, ərizəsində göstərdiyi xüsusatlar aşkar edilməmişdir. Lakin, baxış zamanı Şəxs ünvan 1ının mühafizə zonasında taxıl bitkisi əkməklə su obyektlərinin mühafizəsi qaydalarını pozması aşkar edilmişdir. Şəxs izahatında törətdiyi əməli qanunu bilməməsi ilə əlaqələndirir. Lakin, qanunu bilməmək şəxsi məsuliyyətdən azad etmir. Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan 13 saylı X5 Mərkəzinin Zərdab meşəbəyliyinin mühəndisi Fədai Kərimov tərəfindən verilmiş rəydən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin sorğusuna əsasən Türyançay çayının Zərdab rayonu Qoşaoba kəndi ərazisindən keçən sol mühafizə zolağına baxış keçirilmiş və yulğun kollarının kökündən çıxarılmasının 304 il əvvələ uyğun gəldiyi müəyyən edilmişdir. İş materiallarında olan Zərdab Rayon İHB-nın Qoşaoba kənd İƏD üzrə nümayəndəsi Tapdıq Feyzullayev tərəfindən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə ünvanlanmış məktubdan görünür ki, Zərdab rayonu Qoşaoba kəndinin çöl Türyançay çayının yaxın ərazisində 1993-cü ildən Kəlbəcər rayonundan məcburi köçkün düşmüş 6 ailə yaşayır, məskunlaşdıqları əraziyə yaxın “sututar” sovetlər dönəmindən mövcuddur və həmin sututardan onlar malqaralarının suvarılması üçün və yay aylarında su qıtlığı zamanı zərurət yarandıqda təsərrüfat sahələrinin suvarılmasında istifadə edirlər, sözügedən sututarda balıqçılıq təsərrüfatı ilə məşğul olunmur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli axtın surətindən gürünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən Zərdab şəhər sakni X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər orqanlara ünvanladığı eyni məzmunlu müraciətləri əsasında sözügedən əraziyə baxış keçirilmiş, Türyançay çayının mühafizə zonasında süni göllərin yaranması, kütləvi şəkildə yulğun ağaclarını kökündən kəsilməsi aşkar edilməmiş, lakin, baxış zamanı Şəxs ünvan 1ının mühafizə zonasında taxıl bitkisi əkməklə su obyektlərinin mühafizəsi qaydalarını pozması aşkar edilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında işin digər materialları ilə müəyyən olundu ki, Şəxs ünvan 1ının mühafizə zonasında taxıl bitkisi əkməklə su obyektlərinin mühafizəsi qaydalarını pozmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə olmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM : İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar