Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-610/2023 12.12.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ ( inzibati xəta haqqında iş üzrə ) Zərdab Rayon Məhkəməsi X7 Elxan oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X2 Şikayət verən şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə 12 dekabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə olunması qərara alınmışdır. X8 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X9 tərəfindən onun haqqında qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə 600 (altı yüz) manat məbləğində cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 izahatında göstərmişdir ki, Zərdab rayonu Təzəkənd kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən barəsində MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokola əsasən 17 avqust 2023-cü il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X9 tərəfindən onun barəsində onun iştirakı olmadan Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən qərar qəbul olunaraq 600 manat miqdarında cərimə edilməsi qərara alınmışdır. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmasından xəbəri olmamış, bu barədə ona hər hansı bir məlumar verilməmiş, nə də ki, onun iştirakı təmin edilməmişdir. Həmin qərada göstərilmişdir ki, güya o, həyətyani sahəsində formalaşan çirkab suları boru vasitəsilə qurunt və yağış suları axıdılan kanala axıtmışdır. Bildirir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmasından sonradan xəbəri olmuşdur. Belə ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları protokol tərtib edildikdən sonra onu dəvət edərək özlərinin fikirləri əsasında izahat yazmağını və imza çəçməyini xahiş etmişlər. Protokolda və qərada müəyyən olunur ki, həyətyani sahəsində formalaşan çirkab suları boru vasitəsilə yağış və qurunt sularının axıntısı üçün nəzərdə tutulmuş kollektora axıtmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, həmin boru uzun illər öncə çəkilmiş və uzun zamandır ki, fəaliyyətini dayandırmışdır. Boru artıq deformasiyaya uğramış və su axıtmaq üçün yararsız hala gəlmişdir. Bunu boruya baxış keçirərkən aydın görmək olar. Həmçinin bildirir ki, sözügedən borunun çəkilməsinə əsas ona məxsus həyətyani sahədə daimi olaraq yağış sularının qalması olmuşdur. Atrıq 5 ildən çoxdur ki, yağış sularının həyətyani sahəsində qalması səbəbilə sözügedən boru istifadəsiz qalmışdır. Lakin protokolu tərtib edən şəxslər həmin borunun hansı məqsədlər üçün çəkildiyini və sonuncu dəfə nə zaman istifadə olunduğu hissəsini araşdırmamış qərəzli şəkildə əsassız protokol tərtib etmişlər. Bütün bunlar onu göstərir ki, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qəbul edilmiş inzibati qərar əsassız və qanunsuzdur. Belə ki, sözügedən inzibati xəta haqqında protokol tərtib olunarkən onun iştirakı təmin edilməmiş və nəticədə müdafiə hüququ pozulmuşdur. Hesab edir ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı əsassız və qanunsuzdur. Ona görə də məhkəmədən həmin qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahatında göstərmişdir ki, Zərdab rayonu Təzəkənd kənd sakini X3 həyətyani sahəsində formalaşan çirkab suları boru vasitəsilə qurunt və yağış suları axıdılan kanala axıtması faktı əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 02 avqust 2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X9 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Həmin qərara əsasən X8 Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinmiş və onun 600 (altı yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Hesab edir ki, qəbul olunmuş qərar qanunidir. Ona görə də məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. İşdə olan 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi Asif Məcidov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, həmin qərara əsasən X8 Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə təqsirli bilinmiş və onun 600 (altı yüz) manat çərimə edilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara, şikayətçinin və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin izahatlarına, tədqiq edilən iş materiallarına məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək və s. hüquqları vardır. Həmin Məcəllənin 61.3-cü maddəsinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Ona görə də məhkəmə hesab edir ki, sözügedən inzibati xəta haqqında materiala baxılarkən və material üzrə inzibati xəta haqqında sözügedən qərar qəbul edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan hüquqları və nəticə etibarı ilə müdafiə hququ pozilmuşdur. Müdafiə hüquqlarının pozulması ilə qəbul edilmiş qərar isə qanuni hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, qanunsuzdur. Yuxarıda qeyd olunanlarla yanaşı məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 ona istinad olunan Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində inzibati xətanın törədilməsinə aidiyyəti sübut olunmamışdır. Belə ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş mötəbər sübutlarla iddia olunan inzibati xəta hadisəsinə onun aidiyyəti mötəbər sübutlarala təsdiqlənməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 129.1 və 129.1.3-cü maddələrin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayəti verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, X1 inzibati xətanın törədilməsinə aidiyyəti sübuta yetirilmədiyindən onun Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliy 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar qanunsuzdur. Ona görə də həmin qərar ləğv edilməli və işin icraatına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutatarq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilənərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliy 8 saylı Ərazi Ekologiya və X4 rəisi əvəzi X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-610/2023
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-610/2023
12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver