Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-616/2024 16.09.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Laçın rayonunun Qızılca kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, Laçın rayonu, Taxta Körpü qəsəbəsində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiala 16 sentyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:40 radələrində Zərdab rayon Qoruqbağı kəndində ictimai qaydanı pozaraq səs-küy salmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparlılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:40 radələrində Zərdab rayonu, Qoruqbağı kəndində ictimai qaydanı pozaraq səs-küy salmışdır. Polis əməkdaşları hadisə yerinə gedərək ona hüquq və vəzifələrini izah edib onu rayon Polis Şöbəsinə gətirmişlər. Odur ki, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 01:40 radələrində Zərdab rayonu Qorubağı kəndi ərazisində yerləşən mağazaya siqaret almaq üçün gələn zaman dayısının orda olduğunu görmüşdür. Dayısı ona maşını mən sürəcəm gəl sirtli içki içək demişdir. Bu zaman post patrul xidməti əməkdaşları ona yaxınlaşaraq içkili maşın idarə etmə deyə bildirəndə o, dayısı burdadır o, idarə edəcək deyə bildirmişdir. Bundan sonra o, ictimai qaydanı pozaraq səs-küy salmışdır. Hazırda etdiyi əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab rayon Polis Şöbəsinin PPX-nin polis nəfəri-sürücü vəzifəsində işləyən X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 01:45 radələrində Zərdab rayonu, Qorubağı ərazisində Şəxs saxladaraq özünü ona təqdim etmişdir. Bu zaman ondan kəskin spirt gəldiyini hiss edib, bu əməlin qanun pozuntusu olduğunu ona izah edib YPX əməkdaşlarını hadisə yerinə çağırmşdır. Bu zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:40 radələrində Zərdab rayonu. Qoruqbağı kəndi ərazisində ictimai qaydanı pozaraq səs-küy salmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, inzibati xəta törətmiş şəxsin və şahidin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokolu və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:40 radələrində Zərdab rayonu Qorubağı kəndi ərazisində ictimai qaydanı pozaraq səs-küy salmışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-616/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-616/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver