Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-618/2024 11.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Zərdab rayonunun Məlikumudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Zərdab rayonunun Məlikumudlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 11 oktyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X4 16 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 3(035)-292/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 400 manaq məbləğində cərimə edilmişdir. İcra sənədi müvafiq olaraq Zərdab rayon icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu Şəxs tələbi icra etməmiş, icra vərəqəsi üzrə tələbi icra etməkdən yayınmışdır. Bu səbəbdən də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. Lakin, məhkəmə prosesinin gedişində icra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə icra edilmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə verilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, maddi imkanı olmadığından icra sənədi izrə borcu vaxtında ödəməmişdir, hazırda borcunu tam şəkildə ödəmişdir. Ona görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin rəisi X2 və inzibati xəta törətmiş şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Zərdab Rayon Məhkəməsinin 3(035)-292/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 400 manaq məbləğində cərimə edilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 3(035)-292/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan ödəniş qəbzinin surətindən görünür ki, borclu Şəxs 400 manat cərimə pulunu Azərbaycan Beynəlxalq Bankı vasitəsilə dövlət büdcəsinə ödəmişdir. İşdə olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Azərbaycan Respublikası İXM-nin 529-cu məddəsinin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxrıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, borclu Şəxs sözügedən icra vərəqəsinin icrasını tam şəkildə icra etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs inzibati məsuliyyətdən azad edilməklə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanmış icraata xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-618/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-618/2024
11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver