Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-620/2024 22.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X12 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi ilə, X15 qərardan şikayət verən şəxs X16 oğlunun, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X7 Nəzarət və Ekoloji Monitorinq Sektorunun baş məsləhətçi-müfəttişi X4 iştirakı ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X13 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı X15 iş üzrə qərarından verdiyi şikayətə 22 oktyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X13 və Təbii Sərvətlər rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinmiş və onun 600 (altı yüz) manat məbləğində cərimə olunması qərara alınmışdır. X8 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasında X8 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X13 və Təbii Sərvətlər İdarəsi ərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə tərtib olunmuş 11 sentyabr 2024cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və həmin qərara əsasən 600 manat məbləğində cərimə olunmuşdur. 8 X13 və Təbii Sərvətlər İdarəsi tərəfindən ona ünvanlanmış 11 sentyabr 2024-cü il tarixli məktubda isə MN ******* saylı qərarın 1 ay müddətinə könüllü olaraq icra olunaraq cərimənin məktubda qeyd lunan bank hesabına köçürülməsi və inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan şəxs onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanacağı qeyd olunmuşdur. Tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarda qeyd olunmuşdur ki, guya xx.xx.2024-cü il tarixdə onun tərəfindən fərdi evində formalaşan çirkab suları həyətyanı sahəsi ilə paralel keçən qrunt və yağış sularını axıdılan kollektora axıdılması faktı aşkar olunmuşdur. Əlavə olaraq bildirmək istəyir ki, 8 X13 və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı qərar qanunsuz və əsassızdır. Belə ki, tərəfindən sözü gedən kollektora yaşadığı fərdi yaşayış evinin hər hansı bir ərazisindən çirkab suları axıdılmamış, həmin kollektora çirkab sularının axıdılması üçün hər hansı xətdən istifadə edilməmiş və tərtib olunmuş həmin qərar isə idarənin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Buna səbəb isə bir neçə il bundan qabaq onunla birlikdə Zərdab rayonu Peşə liseyində işləmiş həmkəndlisi X9 tərəfindən digər bir məsələ ilə bağlı etmiş olduğu şikayətdir ki, 8 X13 və Təbii Sərvətlər İdarəsi tərəfindən isə şikayət olunan mövzu kənarda qalmış Hamlet Zeynallının yalan və qərəzli məlumatı əsasında əsassız olaraq cərimə olunmuşdur. X9 bir neçə il öncə Zərdab rayon Peşə Liseyində işləmiş ancaq sonradan təxminən 10 ildir ki, o bir sıra neqativ hərəkətlərinə görə liseyin rəhbərliyi tərəfindən işdən azad ounmuşdur. Hamlet Zeynallı işdən çıxarılmasında digər işçilərlə yanaşı onuda təqsirkar bilir və bu səbəbdən də onunla bağlı qərəzli şikayətlər etmiş və nəticədə qeyd etdiyi kimi qanunsuz və əsassız olaraq 600 manat cərimə olunmuşdur. Qərarın əsassız olduğunu onunla əsaslandırır ki, yaşadığı fərdi yaşayış evinin həyətində kənar bir hissədə çirkli suların axıdılması üçün kanalizasiya quyusu qazılmış və hal-hazırda da həmin quyudan istifadə olunur və buna görə də çirkab sularının həyətindən kənar yerə axıdılmasına zərurət yoxdur. Ona görə də, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X13 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 izahatında göstərmişdir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 həmkəndlisi X9 tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qəynar xətt xidməti mərkəzinə müraciət olunaraq bildirilmişdir ki, Mərdan Zeynalov kənd ərazisində yerləşən bələdiyyənin mülkiyyətində olan yağış sularının axıdılması üçün nəzərdə tutulan şor kanalının kənarında məişət tullantıları yandıraraq, kanalizasiya sularını həmin şor kanalına axıdır və həmin sözügedən kanal onun tərəfindən zəbt olunmuşdur. Bunun nəticəsində həmin kanalda yaşayan bio müxtəlifliklər və eləcə də balıq ehtiyyatı məhv olur. Onlar həmin müraciət əsaında şikayətdə göstərilən faktları yerində araşdırmaq üçün Zərdab rayon İcra Hakimiyyətinin nümayəndəsi və kənd icra nümayəndəsinin iştirakı ilə Zərdab rayonu Dəkkəoba kəndinə X3 yaşadığı ünvana getmişlər. Həmin kəndin ərazisində olan sözügedən şor kanalına baxış keçirilən zaman onun yaxınlığında məişət tullantılarının yandırılması və Mərdan Zeynalov tərəfindən həmin su kanalının zəbt olunması faktı onlar tərəfindən aşkar edilməmişdir. Ancaq şor kanalına ətraflı baxış keçirilən zaman X3 yaşadığı fərdi yaşayış evindən mətbəx və sanitar qovşağının çirkab sularının həmin şor kanalına axıdıldığı müəyən olunmuşdur. Hadisə ilə əlaqədar olaraq onun tərəfindən Mərdan Zeynalovun izahatı alınmış rayon İcra Hakimiyyətinin, kənd İcra Nümayəndəsinin və barəsində X15 iş üzrə icraat aparılan şəxs X3 iştirakıları ilə akt və Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən X15 protokol tərtib olunaraq toplanan materiallar 8 X13 və Təbii Sərvətlər İdarəsinə təqdim olunmuşdur. Bundan sonra təqdim olunan materiallar araşdırılaraq Mərdan Zeynalov barəsində 11 sentyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Əlavə olaraq bildirir ki, qərar qanunidir şikayət verən şəxsin qeyd etdiyi kimi heç bir qərəz yoxdur. Ona görə də 8 X13 və Təbii Sərvətlər idarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş həmin inzibati tənbeh vermə haqqında qərarın qüvvəsində qalmasını və ondan verilmiş şikayətin rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə şikayət verən şəxs X5 və Azərbaycan Respublikası Əmək və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X13 və Təbii Sərvətlər İdarəsinin X7 Nəzarət və X2 baş məsləhətçi-müfəttişi X6 dinləyib və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X13 və Təbii Sərvətlər İdarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır, ona görə də dəyişdirilməməlidir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X13 və Təbii Sərvətlər İdarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərara əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinmiş və onun 600 (altı yüz) manat məbləğində cərimə olunması qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 64.0.1. su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə hesab edir ki, X1 rayonu Dəkkəoba kəndi ərazisindən keçən bələdiyyənin mülkiyyətində olan yağış və qrunt sularının axıdılması üçün nəzərdə tutulan şor kanalına yaşadığı fərdi evin mətbəx və hamamından çirkab sularını həmin kanala axıtdığı üçün onun barəsində 8 X13 və Təbii Sərvətlər İdarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş 11 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Ona görə də X3 şikayəti təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X13 və Təbii Sərvətlər İdarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan 10 (on) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-620/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-620/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver