Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-626/2023 16.11.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ ( inzibati xəta haqqında iş üzrə ) Zərdab Rayon Məhkəməsi X3 sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1950-ci ildə Zərdab rayonunun Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, təqaüdçü, Zərdab rayonunun Məlikli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4-cü maddələri ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 16 noyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsinin DYPB-nin baş inispektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:10 radələrində sürücülük hüququ olmadan idarə etdiyi Mersedes Benz D200 Minik markalı, ** XV *** dövlət nömrə nişanlı avtomobillə Zərdab şəhəri ərazisində hərəkətdə olarkən maddi ziyanlıqla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs X1 məhkəmə iclasına gəlməmiş, lakin, xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək ona dəymiş ziyanın ödənildiyini, Şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, sürcülük vəsiqəsinin vatının keçməsindən xəbəri olmamışdır. Ona görə də sürücülük hüququ olmadan avtomobili idarə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 09:10 radələrində idarə etdiyi Mersedes Benz D200 Minik markalı, ** XV *** dövlət nömrə nişanlı avtomobillə Zərdab şəhəri ərazisində hərəkətdə olarkən maddi ziyanlıqla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Zərərçəkmiş şəxsin ondan heçbir şikayət və tələbi yoxdur. İlk dəfədir inzibati məsuliyyətə cəlb olunur. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, Zərdab rayon Polis Şöbəsinin DYPB-nin baş inispektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən ona istinad olunan inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində Zərdab rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 332.1, 327.2 və 332.4-cü maddələri ilə tövsif edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və Şəxs qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 332.1 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini məsuliyyəti yungülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini mümkün hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4-cü maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-626/2023
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-626/2023
16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver