Məhkəmə qərarları › İş №3(035)-628/2023

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №3(035)-628/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 3(035)-628/2023 07.11.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsinin hakimi X1 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Zərdab rayon X5 Patrul Xidməti inspektoru polis baş serjantı X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolu və əlavə edilmiş materialı nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Zərdab rayon Polis Şöbəsinin YPX-nin inspektoru polis baş serjantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar baxılması üçün Zərdab rayon Polis Şöbəsi tərəfindən Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə baxışına hazırlanması zamanı müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən tərtib edilmiş protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ünvan 1 ünvanında qeydiyyatda olduğu üçün materiallar Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə göndərilməli olduğu halda materiallar baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə qeyd etməyi lazım bilir ki, inzibati xətalar barədə cərimələrin tətbiqi barədə qəbul edilmiş qərarlar inzibati xəta törətmiş şəxsin yaşadığı yer üzrə icra olunduğu üçün həmin qərarın icra edilmədiyi təqdirdə şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmiş olur. Bu halda əməlin törədilmə yeri həmin şəxsin yaşadığı yer hesab edilir. Ona görə də məhkəmə iş materiallarını nəzərdən keçirib yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Zərdab rayon X5 Patrul Xidməti inspektoru polis baş serjantı X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar Zərdab rayon Polis Şöbəsi tərəfindən Zərdab Rayon Məhkəməsinə deyil, aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Ona görə də inzibati xəta haqqında protokol aidiyyəti üzrə göndərilməsi üçün Zərdab rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 110.1 və 110.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Zərdab rayon X5 Patrul Xidməti inspektoru polis baş serjantı X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında Zərdab rayon Polis Şöbəsindən daxil olmuş protokol və əlavə edilmiş materiallar aidiyyəti üzrə göndərilməsi üçün Zərdab rayon Polis Şöbəsinə geri qaytarılısn. HAKİM: İLQAM HƏSƏNQULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar