Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-639/2024 05.11.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi, Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəx (tələbkar) Zərərçəkmiş şəxs, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Zərdab rayonu, Bıçaqçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonu, Bıçaqçı kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 05 noyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 16 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-555/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs xx.xx.2024-cü il tarixdə başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat məbləğində aliment həmçinin ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcin tələbkar Zərərçəkmiş şəxs ödənilməsi və 56 manat dövlət rüsumunun Şəxs tutularaq dövlət mədaxilinə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı borclunun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarıının icrasından üzürsüz səbəbdən yayınmışdır. Borclunun əmlak vəziyyətini öyrənmək üçün elektron-icra infomasiya sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınardaşınmaz əmlak aşkar edilməmişdir. Sonrakı müddətdə xx.xx.2024-cü il tarixdə şöbəyə dəvət edilmiş və izahatı alınaraq icra sənədi üzrə tələbi təmin etməsi bildirilmiş və müddət verilmişdir. Lakin borclu icra sənədi üzrə yaranmış borcu tam şəkildə ödəməmişdir. Bundan sonra borclu barəsində axtarış elan olunması üçün xx.xx.2024-cü il tarixdə axtarış elan olunması barədə aidiyyəti orqana müraciət olunmuş və borclu xx.xx.2024-cü il tarixdə şöbəyə təhvil verilmişdir. Borclunun izahatı alınaraq icra sənədi üzrə yaranmış 860 manat aliment borcunun ödənilməsi tələb edilmiş və borclu tələbi təmin edə bilməyəcəyini hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Tələbkar isə öz növbəsində 860 manat aliment borcunun tam olaraq ödənilməsini tələb edir. Odur ki, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, tələbkara olan aliment borcunu tam olaraq ödəmişdir. Bundan başqa onlar barışmış və ailələrini bərpa etmişlər. Ona görə də onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam veriməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzə icraat aparılan şəxs Şəxs ona olan aliment borcunu tam olaraq ödəmiş onunla ailələrini bərpa etmişlər. Ona görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Şəxs ilə ailəsini bərpa etmiş və ona olan aliment borcunu tam ödəmişdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam veriməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, borclu Şəxs sözügedən icra vərəqəsi üzrə olan öhdəliyini tam olaraq icra etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-639/2024 saylı işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.
Məhkəmə qərarları › İş №3(035)-639/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-639/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver