Məhkəmə qərarları › İş №3(035)-649/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-649/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-649/2024 18.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Zərdab rayonunun Gödəkqobu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zərdab rayonu, Gödəkqobu kəndində qeydiyyatda olmaqla Zərdab rayonu Qumlu qəsəbəsində yaşayan Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiala 18 oktyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:30-da Zərdab rayonu ərazisində Şakir adlı şəxsi təhqir etmiş, aralarında münaqişə olmuş və ucadan nalayiq ifadələr işlədər ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahat verərək bildirmişdir ki, Əliyev X2 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Şəxs onu söyüb təhqir etdiyi barədə məlumat vermişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparlılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:30-da Zərdab rayon Polis Şöbəsinin qarşısında yəni ictimai yerdə keçmiş qaynatası Zərərçəkmiş şəxs adlı şəxsi nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bununlada o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən inzibati xəta hadisəsi törətmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə keçmiş arvadı Aytac Eminova ona zəng edərək alimenti niyə ödəmədiyini soruşaraq ona narkoman deyib telefonu söndürmüşdür. Bundan sonra o, keçmiş qaynatası Zərərçəkmiş şəxs görmüş ona “qızının ipini niyə yığmırsan” deyərək onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bundan sonra polis əməkdaşları onu rayon Polis Şöbəsinə dəvət etmişlər. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun qızının keçmiş əridir. xx.xx.2024-cü il tarixdə Şəxs onu nalayiq ifadələrlə söyüb təhqir etdiyi üçün rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Ancaq hal-hazrda onu bağışlayr və onndan heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Bu barədə xx.xx.2024-cü il tarixli ərizəsini məhkəməyə təqdim edir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:30-da Zərdab rayonu ərazisində Şakir adlı şəxsi təhqir etmiş, Aytac Eminova ilə aralarında münaqişə olmuş və ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokolu və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:30-da Zərdab rayonu ərazisində ictimai qaydanı pozaraq səs-küy salmışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə edilsin. Qərarın icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar