Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-650/2024 03.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X1 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Zərdab rayonunun Otmanoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Zərdab rayonunun Otmanoba kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə Göyçay Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 03 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Göyçay Regional Ədliyyə İdarəsinin rəisi X2 tərəfindən tərtib edilmiş 26 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Zərdab rayonu Otmanoba Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 10 saylı iclas protokolu qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec təqdim olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı inzibati xəta haqqında protokolu tərtib edən orqana lazımı qaydada məlumat verilsə də, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək məhkəmə iclasının Göyçay Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və qəbul edilmiş qərarının bir nüsxəsinin İdarəyə göndərilməsini xahiş etmişlər. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Zərdab rayonu Otmanoba Bələdiyyəsinin sədri vəzifəsində çalışır. İşlərin çox olması ilə əlaqədar olaraq 20 sentybar 2024-cü il tarixli iclas protokolunu Göyçay Regional Ədliyyə İdarəsinə qanunvericiliklə müəyyən olunmuş müddətdən gec təqdim etdiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Etdiyi əməlindən peşmandır. Gələcək fəaliyyətində bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə inzibati xəta törətmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən ona istinad edilən inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Göyçay Regional Ədliyyə İdarəsinin rəisi X2 tərəfindən tərtib edilmiş 26 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə-vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs özünü təqsirli bilməsini, peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-650/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-650/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver