Məhkəmə qərarları › İş №3(035)-652/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-652/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-652/2024 24.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X8 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon Polis Şöbəsinin İTB-nin rəisi X9nun İnzibati xəta törətmiş şəxs Şəxs Məhəmməd oğlunun iştirakı ilə, xx.xx.1982-ci ildə Zərdab rayonunun Qoruqbağı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Zərdab rayonunun Qoruqbağı kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Şəxs Məhəmməd oğlu barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiala 24 oktyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs Məhəmməd oğlu xx.xx.2024-ci il tarixdə saat 23:00 radələrində Zərdab rayonunun Qoruqbağı kəndində olarkən həmin ərazidə xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Zərdab rayon Polis Şöbəsinin İTB-nin rəisi X9 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xəlilov X4 rayonu Qoruqbağı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Şəxs Məhəmməd oğlu xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə Zərdab RPŞ-nin PPXB-nin əməkdaşlarına xidmətinə maneçilik törətmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etməyə çalışsalarda o, polis əməkdaşlarnın qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etmişdir. Bundan sonra polis əməkdaşları Şəxs Polis Şöbəsinə gətirmiş, İTB-nin polis sahə rəisi X7 trəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs Məhəmməd oğlu məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2024-ci il tarixdə saat 23:00 radələrində sərxoş olduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Hazırda etdiyi əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab rayon Polis Şöbəsinin DYPB-nin YPXnin inspektoru X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Zərdab-Ağcabədi yolunun Zərdab ərazisindən keçən hissəsində xidmətdə olarkən Zərdab RPŞ-nin PPXB-nin əməkdaşı X12 markalı, ** CH *** dövlət nömrə nüşanlı avtomobilin sürücüsünün onlara maneəçilik törtəməsi barədə məlumat vermiş, bu səbəbdən həmin əraziyə gedərkən Şəxs Məhəmməd oğlunun sərxoş vəziyyətdə polis əməkdaşları ilə mübahisə etdiyini görmüşdür. Onu nizam-intizama dəvət etsələr də sonuncu onlarla mübahisə edərək qanuni tələblərinə tabe olmamışdır. Lakin, buna baxmayaraq onun Polis Şöbəsinə gətirilməsi təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab RPŞ-nin əməkdaşları X5, X2 və X6 şahid X1 izahatına uyğun izahat vermişlər. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Məhəmməd oğlu xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, AZA 020548 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs Məhəmməd oğlu xx.xx.2024-cü il tarixdə saat 01:30-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı Zərdab rayon Polis Şöbəsinin İTB-nin rəisinin, inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs Məhəmməd oğlu xx.xx.2024-ci il tarixdə saat 23:00-da Zərdab rayonunun Qoruqbağı kəndində xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs Məhəmməd oğlunun inzibati xətanı səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs Məhəmməd oğlunun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Məhəmməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 24 oktyabr 2024-cü il tarixdən saat 01:30dan hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar