Məhkəmə qərarları › İş №3(035)-658/2023

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-658/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-658/2023 14.11.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Alıyev Camal Veysil oğlunun İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Zərdab rayonunun Gödəkqobu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Zərdab rayonunun Gödəkqobu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 14 noyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N ET D İ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X7 14 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X7 izahatında göstərmişdir ki, Ucar Rayon Məhkəməsinin 2(063)-137/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqələrinə əsasən Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 manat və 01 may 2015ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 manat, cəmi 220 manat sabit pul məbləğində alimentin tutularaq X1 verilməsi qət edilmişdir. İcra sənədləri müvafiq olaraq Zərdab rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu alimentin ödənişini təmin etməmiş, çağırışlara gəlməkdən yayınmışdır. Borclu barəsində 22 iyun 2022-ci il tarixli axtarış elan edilərək icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmiş və Zərdab rayon polis əməkdaşları tərəfindən 04 iyul 2022-ci il tarixdə tutularaq Zərdab rayon İcra və Probasiya şöbəsinə təqdim edilmişdir. Həmin tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və Zərdab Rayon Məhkəmənin 04 iyul 2022-ci il tarixli qərarı ilə 500 manat cərimə edilmişdir. Lakin, bunlara baxmayaraq borclu heç bir nəticə çıxarmayaraq aliment borcunun ödənişini təmin etməmiş və çağırışlara gəlməmişdir. Bu səbəbdən yenidən onun barəsində 03 noyabr 2023-cü il tarixli axtarış elan edilərək icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmiş və Zərdab rayon polis əməkdaşları tərəfindən 14 noyabr 2023-cü il tarixdə tutularaq Zərdab rayon İcra və Probasiya şöbəsinə təqdim edilmişdir. Borclunun izahatı alınmış, yaranmış borcunun ödənilməsinin zəruriliyi bir daha ona izah olunmuş, lakin borclu tələbi icra etməmişdir. Beləliklə, borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmışdır. Bununlada o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, heç bir yerdə işləmir. Xəstədir, əmək qabiliyyətini itirmişdir. Ona görə də işləyə bilmir və alimenti ödəmir. Əvvəllər əlilliyə görə 130 manat müavinət almış, lakin, sonradan əlilliyi ləğv edilmişdir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4, inzibati xəta törətmiş şəxs X2 izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan 2(063)-137/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 manat alimentin tutularaq X1 verilməsi qət edilmişdir. İşdə olan 2(063)-137/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 manat alimentin tutularaq X1 verilməsi qət edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)-137/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan Zərdab Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 3(035)-326/2022 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. İşdə olan elektron icra informasiya sistemindən çıxarışdan görünür ki, icra işinin icrası ilə bağlı tələbin yönəldilə biləcəyi borcluya məxsus əmlak və ya pul vəsaitlərinin olub-olmaması icra məmuru tərəfindən yoxlanılmış, lakin borclu Şəxs adına tələbin yönəldilə biləcıyi hər hansı bir əmlak və ya pul vəsaiti aşkar olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəstə olması və əmək qabiliyyətini itirilməsini bildirsə də, bu barədə məhkəməyə har hansı bir sənəd təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Şəxs Ucar Rayon Məhkəməsinin 2(063)- 137/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs Ucar Rayon Məhkəməsinin 2(063)- 137/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 14 noyabr 2023-cü il tarixdən saat 16:15-dən hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar