Məhkəmə qərarları › İş №3(035)-671/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-671/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-671/2024 07.11.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab şəhəri, S.Abdullayev küçəsi ev 77-də yaşayan Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiallara 07 noyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X1 tərəfindən tərtib edilmiş 05 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Zərdab şəhəri ərazisində ucadan ünvansız söyüşlər söyməklə xırda xüliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Zərdab şəhərində qeydiyyatda olmasına baxmayaraq Bakı şəhərində yaşayır. xx.xx.2024-cü il tarixdə dostu Ceyhunla birlikdə Zərdab şəhərinə gəlmişlər. Zərdab şəhərində olarkən telefonla danışmış və əsəbləşib ucadan söyüşlər söymüşdür. Həmin vaxt həmin ərazidə olan polis əməkdaşları ona yaxınlaşıb içtimai qaydanı pozduğu üçün izahatı alınması üçün Polis Şöbəsinə aparmışlar. Hazırda səhfini başa düşür, törətdiyi əməlindən peşimandır. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Zərdab rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Heydər Ələsgərli ilə birlikdə Zərdab şəhəri ərazisində xidmətdə olan zaman iki nəfər şəxsin ucadan ünvansız söyüşlər söydüyünü görüb onlara yaxınlaşmışlar və izahatları alınması üçün Zərdab rayon Polis Şöbəsinə gətirmişlər və bu barədə şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən ona istinad edilən inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X1 tərəfindən tərtib edilmiş 05 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, AZA 020471 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs özünü təqsirli bilməsini, peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və əməlindən peşman olmasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Qərara Aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilərək Şəxs 02 (iki) gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 50 (əlli) manat cərimə saxlanılsın. Qərarın icrası Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar