Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-672/2024 14.11.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon Polis Şöbəsinin İTB-nin rəisi X1 Zərərçəkmiş şəxs İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Zərdab şəhəri, Azərbaycan küçəsi ev 97, mənzil 1-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 14 noyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs 08 noyabr 2024-cü il tarixdə saat 05:00 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı mənzilin qapısından çöl tərəfə qoyduğu 70-80 manat dəyərində “Nord” markalı soyuducunu oğurlamaqda təqsirləndirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Zərdab şəhəri, Azərbaycan küçəsi ev 97, mənzil 1-də yaşayır, heç bir yerdə işləmir. Ona görə də ailəni çətinliklə dolandırır. Eytiyacı olduğundan 08 noyabr 2024-cü il tarixdə saat 05:00 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı mənzilin qapısından çöl tərəfə qoyduğu 70-80 manat dəyərində “Nord” markalı soyuducunu oğurlamışdır. Hazırda əməlindən peşmandır. Zərərçəmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Ona görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. 08 noyabr 2024-cü il tarixdə saat 05:00 radələrində yaşadığı mənzilin qapısından çöl tərəfə qoyduğu 70-80 manat dəyərində “Nord” markalı soyuducunun oğurlandığını bilib Polis Şöbəsinə məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, həmin soyuducunu Zərdab şəhər sakini Şəxs oğurlamışdır. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Şəxs qarşı şikayət və tələbi yoxdur. Ona görə də Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, işdə olan Zərdab rayon Polis Şöbəsinin TQ-nın təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş 12 noyabr 2024-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət olmaması əsası ilə cinayət işinin başlanması rədd edilməklə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif edilmiş, Şəxs həmin protokolla tanış olmuş və etdiyi əməldən peşman olduğunu bildirərək həmin protokolu imzalamışdır. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmış, ondan heç bir çikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir və işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir, ona görə də işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232- 1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.1.10-cu maddəsinə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə iş materiallarını araşdırıb, zərərçəkmiş şəxsin inzibati xəta törədən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsi və ona qarşı şikayət və tələbinin olmaması barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 128-130-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-672/2024 saylı işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-672/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-672/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver