Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-673/2024 14.11.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Zərdab rayon Polis Şöbəsinin İTB-nin rəisi X2 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-cü ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Zərdab şəhəri, Zərdabi küçəsi dalan 1, ev 5-də yaşayan Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiala 14 noyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN № ******* və xx.xx.2024-cü il tarixli, MN №2024357 saylı inzibati xəta haqqında protokollardan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-da Zərdab şəhəri, 4 yol adalanan ərazidə olarkən səs-küy salaraq ucadan ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmiş və həmin əraziyə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Zərdab rayon Polis Şöbəsinin İTB-nin rəisi X5 izahatında göstərmişdir ki, Zərdab RPŞ-nin PPXB-nin manqa komandiri Anar Məmmədzadə xx.xx.2024-cü il tarixdə Zərdab rayon Polis Şöbəsinə raportla müraciət edərək Zərdab şəhər sakini Şəxs Zərdab şəhəri, 4 yol adlanan ərazidə ucadan ünvansız söyüşlər söydüyünü və onu nizam intizama dəvət etsə də sonuncunun onun qanuni tələblərinə tabe olmadığından onların yanına gələn digər polis əməkdaşları ilə birlikdə Şəxs Zərdab rayon polis Şöbəsinə gətirərək növbətçi hissəyə təfil vermələrini bildirmişdir. Həmin raport əsasında Zərdab şəhər sakini Şəxs barəsəində Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2024cü il tarixdə saat 19:30 radələrində Zərdab şəhəri, 4 yol adalanan ərazidə olarkən sərxoş olduğundan səs-küy salaraq ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin ərazidə xidmətdə olan polis əməkdaşları onu nizam intizama dəvət etsələr də əsəbi olduğundan onların qanuni tələblərinə tabe olmayaraq Polis Şöbəsinə gəlməkdən imtina etmişdir. Lakin, buna baxmayaraq onu Polis Şöbəsinə gətirmişlər. Hazırda etdiyi əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində izahat verən X1 izahatında bildirmişdir ki, Şəxs onun oğludur. xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Əkrəm Zərdab şəhəri, 4 yol adalanan ərazidə olarkən sərxoş olduğundan səs-küy salaraq ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. O, özü də həmin əraziyə gəlmiş, oğlu Əkrəmi nizam intizama dəvət edərək evə aparmaq istəsə də Əkrəm onun sözünə qulaq asmayaraq ucadan söyüşlər söyməyə davam etmişdir. Bir qədər sonra polis əməkdaşları gələrək X7 aparmışlar. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Zərdab şəhəri, 4 yol adlanan ərazidə ucadan nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Zərdab şəhəri, 4 yol adlanan ərazidə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, AZA 020518 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:15-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı Zərdab rayon Polis Şöbəsinin İTB-nin rəisinin, inzibati xəta törətmiş şəxsin və şahidin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokollar və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2024ci il tarixdə saat 19:30-da Zərdab şəhəri, 4 yol adlanan ərazidə ucadan nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmiş və həmin ərazidə xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsini, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsi tətbiq edilərək Şəxs 02 (iki) gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 150 (bir yüz əlli) manat cərimə saxlanılsın. Qərarın icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-673/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-673/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver