Məhkəmə qərarları › İş №3(035)-68/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-68/2024

17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-68/2024 17.01.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətta haqqında protokol və ona əlavə edilmiş materiallara 17 yanvar 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində Zərdab rayonunun Yarməmmədbağı kəndində Zərərçəkmiş şəxs döyməkdə təqsirləndirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Zərdab şəhərində yaşayır. Zərərçəkmiş şəxs onun qaynatasıdır. xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində Zərərçəkmiş şəxslə ailədaxili məsələ ilə bağlı mübahisə edərək dalaşmışlar. Hazırda zərərçəkmiş şəxslə barışmışdır və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun kürəkənidir. Son zamanlar aralarında ailədaxili mübahisələri yaranmışdır. Bu səbəbdən Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində Zərdab rayonunun Yarməmmədbağı kəndində onu vurmuşdur. Hazırda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın sürətindən görünür ki, toplanmış materiallar üzrə cinayət tərkibinin olması müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Şəxs, X1, X4 və Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, 169 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər – sol gicgah nahiyyəsində bir ədəd şişkinlik küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə vurma nəticəsində əmələ gələ bilər, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan məhkəmə prosesinin gedişində Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona görə də işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs döyməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan onun əməlini düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə töfsif etmişdir. Məhkəmə də, onun əməlini Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə töfsif edir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə görə İXM-nin 157 və 158ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, zərərçəkmiş şəxsin inzibati xəta törədən şəxsə qarşı şikayət və tələbinin olmaması, tərəflərin işin icraatına xitam verilməsi barədə xahişlərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 128-130-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(035)-68/2024 saylı işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar