Məhkəmə qərarları › İş №3(035)-683/2023

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-683/2023

12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-683/2023 12.12.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ ( inzibati xəta haqqında iş üzrə ) Zərdab Rayon Məhkəməsi X12 Elxan oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X7 Şikayət verən şəxs X10 iştirakı ilə, X10 Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə 12 dekabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərara əsasən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə olunması qərara alınmışdır. X14 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X15 tərəfindən onun haqqında qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə 400 (dörd yüz) manat məbləğində cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X14 izahatında göstərmişdir ki, Zərdab rayonu Bıçaqçı kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən onun barəsində onun iştirakı olmadan Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərib olunmuş, həmin protokola əsasən isə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X15 tərəfindən xx.xx.2023cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunaraq Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında cərimə edilməsi qərara alınmışdır. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində onun işinə baxılmasından və barəsində inzibati xəta haqqında protokol və qərar qəbul olunmasından onun xəbəri olmamış, bu barədə ona hər hansı bir məlumar verilməmiş, nə də ki, onun iştirakı təmin edilməmişdir. Həmin qərada göstərilmişdir ki, güya o, Bıçaqçı kəndində meşə sahəsində qanunsuz olaraq mal-qara saxlamış və otarmışdır. Bildirir ki, həmin tarixdə heyvanları həyətində olmuş və özü isə müalicə olunmaq üçün xəstəxanada olmuşdur. Lakin, protokolu tərtib edən şəxslər sözügedən meşə sahəsində onun heyvan otardığını görmədən, hər hansı bir araşdırma aparmadan qərəzli şəkildə əsassız protokol tərtib etmişlər. Əgər həmin əməkdaşlar onun meşə sahəsində heyvan otardığını görsəydilər ən azından onun şəklini çəkib iş materiallarına əlavə edərdilər. Göründüyü kimi onun sözügedən meşə sahəsinə heyvan salmasına dair nə videogörüntü, nə də ki, fotoşəkil yoxdur. Əgər, o, meşə sahəsinə heyvan salıb otarmış olsaydı yəqinki onun fotoşəkilini çəkərdilər. Həmçinin bildirir ki, qohumu X4 xx.xx.2007-ci il tarixdə Yuxarı Seyidlər bələdiyyəsi ilə aralarında bağlanmış torpaq icarəsi haqqında müqaviləsinə əsasən ona kənd təsərrüfatı məhsulları istehsalı üçün 25 il müddətinə 25 ha torpaq sahəsi verilmişdir. Müqaviləyə əsasən həmin yerdə müvəqqəti tiklilərə icazə verilmişdir. Ona görə də həmin torpaq sahəsində 2012-2013-cü illərdə uzunluğu 20 m, eni 4 m olmaqla qamış və ağacdan qoyun üçün tövlə, 4x4 ölçüdə çiy kərpicdən 1 otaqlı yaşayış yeri (çoban evi) tikilmişdir. Onlar heyvanlarını hərdən həmin tikilidə saxlayırlar. Həmin tikili tikilərkən meşə sahəsinə aid torpaq sahəsini zəbt edilməmişdir. Bu barədə X17 Təsərrüfatı X1 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin Zərdab Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bütün bunlar onu göstərir ki, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qəbul edilmiş inzibati qərar əsassız və qanunsuzdur. Belə ki, sözügedən inzibati xəta haqqında işə baxılarkən onun iştirakı təmin edilməmiş və nəticədə müdafiə hüququ pozulmuşdur. Hesab edir ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı əsassız və qanunsuzdur. Ona görə də məhkəmədən həmin qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X11 izahatında göstərmişdir ki, Zərdab rayonu Bıçaqçı kənd sakini X10 Bıçaqçı kəndində meşə sahəsində qanunsuz olaraq malqara saxlaması və otarması faktı əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 02 oktyabr 2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X15 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Həmin qərara əsasən X14 Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə təqsirli bilinmiş və onun 400 (dörd yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Hesab edir ki, qəbul olunmuş qərar qanunidir. Ona görə də məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. İşdə olan 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi Asif Məcidov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, həmin qərara əsasən X14 Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə təqsirli bilinmiş və onun 400 (dörd yüz) manat çərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Zərdab rayonu Yuxarı Seyidlər bələdiyyəsi ilə X6 arasında bağlanmış 04 saylı, xx.xx.2007-ci il tarixli icarə müqaviləsindən görünür ki, həmin bələdiyyənin xx.xx.2007-ci il tarixli 04 saylı qərarı əsasında X3 icarəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 25 il müddətinə 25 ha torpaq sahəsi verilmişdir və həmin müqavilənin xüsusi şərtlərinə əsasən həmin yerdə müvəqqəti tikililərə icazə verilmişdir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X17 Təsərrüfatı X1 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin Zərdab Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara, şikayətçinin və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin izahatlarına, tədqiq edilən iş materiallarına məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən, istərsə də inzibati xəta haqqında materiala baxılıb qərar qəbul edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək və s. hüquqları vardır. Həmin Məcəllənin 61.3-cü maddəsinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Ona görə də məhkəmə hesab edir ki, sözügedən inzibati xəta haqqında materiala baxılarkən və material üzrə inzibati xəta haqqında sözügedən qərar qəbul edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X10 Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan hüquqları və nəticə etibarı ilə müdafiə hququ pozilmuşdur. Müdafiə hüquqlarının pozulması ilə qəbul edilmiş qərar isə qanuni hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, qanunsuzdur. Yuxarıda qeyd olunanlarla yanaşı məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X10 ona istinad olunan Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsində inzibati xətanın törədilməsinə aidiyyəti sübut olunmamışdır. Belə ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş mötəbər sübutlarla məsələn: hadisə yerində X10 heyvan otararkən və ya heyvanları otardıqdan sonra apararkən və yaxud da heyvanları otarmağa gətirərkən videogörünü və ya fotoşəklini çəkməklə iddia olunan inzibati xəta hadisəsinə onun aidiyyəti mötəbər sübutlarala təsdiqlənməmişdir. Həmçinin sözügedən heyvanların ona məxsus olması lazımı qaydada isbat olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 129.1 və 129.1.3-cü maddələrin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayəti verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, X2 inzibati xətanın törədilməsinə aidiyyəti sübuta yetirilmədiyindən onun Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliy 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X15 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar qanunsuzdur. Ona görə də həmin qərar ləğv edilməli və işin icraatına xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutatarq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X10 Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilənərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliy 8 saylı Ərazi Ekologiya və X9 rəisi əvəzi X15 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar