Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-684/2023 06.12.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1955-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Zərdab rayon, Məlikumudlu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 339.1-1ci maddələri ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş X3 materiala 06 dekabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon X5 patrul xidmətinin inspektoru polis serjantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı X3 protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:25 radələrində idarə etdiyi VAZ 21063 minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən və nəqliyyat vasitəsini idarə etmək hüququ olamadan sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs oğlu izahat verərək bildirmişdir ki, idarə etdiyi VAZ 21063 minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab-Ucar yolunun 1-ci kilometrliyində hərəkətdə olarkən avtomobili texniki baxışdan keçirmədiyindən xx.xx.2023-cü il tarixdə Zərdab RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Saxlanılıb yoxlanılarkən avtomobili idarə etmə hüququ olmadan ( sürüculük vəsiqəsinin vaxtı bitmişdir) və sərxoş vəziyyətdə idarə etdiyi aşkar edilmişdir. Belə ki, həmin gün səhər saatlarında bir qədər sipirtli içki qəbul etmişdir. İlk dəfədir inzibati məsuliyyətə cəlb olunur. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, Zərdab rayon X5 patrul xidmətinin inspektoru polis serjantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı X3 protokolu və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən ona istinad olunan inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarından görünür ki, Şəxs barəsində Zərdab rayon X5 patrul xidmətinin inspektoru tərəfindən X3 protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXMnin 334.1 və 339.1-1-ci maddələri ilə tövsif edilmişdir. İş materiallarında olan 640981 nömrəli alkotestrdən çıxarışdan görünür ki, yoxlama zamını Şəxs alkoqolun miqdarı 2.605 faiz təşkil etmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 339.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını məsuliyyəti yungülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iş materiallarını araşdırıb Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini mümkün hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1 və 339.1-1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-684/2023
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-684/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver