Məhkəmə qərarları › İş №3(035)-686/2023

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-686/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-686/2023 06.12.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ (X3 İş üzrə ) Zərdab Rayon Məhkəməsi X2 sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Zərdab şəhəri, Xətai küçəsi 15-də yaşayan Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333.1-ci maddələri ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş X3 materiala 06 dekabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon X5 patrul xidmətinin inspektoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, İXP ******* saylı X3 protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2023-ci il tarixdə, saat 02:40 radələrində idarə etdiyi Mercedes Benz E200 Minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 02:40 radələrində idarə etdiyi Mercedes Benz E200 Minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab şəhəri Azərbaycan küçəsində hərəkətdə olarkən Zərdab RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılıb yoxlanılarkən avtomobili etibarnaməsiz və sərxoş vəziyyətdə idarə etməsi aşkar edilmişdir. Belə ki, həmin günü bir qədər sipirtli içki qəbul etmişdir. İlk dəfədir inzibati məsuliyyətə cəlb olunur. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, Zərdab rayon X5 patrul xidmətinin inspektoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı X3 protokolu və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən ona istinad olunan inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarından görünür ki, Şəxs barəsində Zərdab rayon X5 patrul xidmətinin inspektoru tərəfindən X3 protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 332.1 və 333.1-ci maddələri ilə tövsif edilmişdir. İş materiallarında olan 640981 nömrəli alkotestrdən çıxarışdan görünür ki, yoxlama zamını Şəxs alkoqolun miqdarı 4,177 faiz təşkil etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə Zərdab Mərkəzi Rayon Xəstəxanasında aparılmış 21 noyabr 2023-cü il tarixli, 732 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını məsuliyyəti yungülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 332.1 və 333.1-ci maddələrinin tərkibi olduğundan, o, həmin əmələ görə təqsirli bilinməlidir. O, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinməli və onun nəqliyyat vasitələrini idarə etmə hüququ mədudlaşdırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasəlanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 08 (səkkiz) ay müddətinə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar