Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-696/2024 06.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi, Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Zərdab rayonunun Otmanoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonunun Otmanoba kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 06 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş 18 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs ov silahını icra hakimiyyəti orqanlarının icazəsi olmadan əldə etməsi, saxlaması, daşıması qaydalarını pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 izahat verərək bildirmişdir ki, Zərdab rayon Otmanoba kənd sakini Şəxs 01 ədəd, 1952-ci il istehsallı, «BUM» markalı, qoşa lüləli, 16 çaplı, 102016 nömrəli ov silahını icra hakimiyyəti orqanlarının icazəsi olmadan əldə etməsi, saxlaması, daşıması qaydalarını pozduğu üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Odur ki, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, o, ailə üzvüləri ilə birlikdə Zərdab rayon Otmanoba kəndində qeydiyyatda olmaqla yaşayır. Fərdi təsərrüfatla məşğul olub dolanır. 01 ədəd, 1952-ci il istehsallı, «BUM» markalı, qoşa lüləli, 16 çaplı, 102016 nömrəli ov tüfəngi ona mərhum babası X1 miras qalmışdır. Babası vəfat edən müddətə kimi həmin ov tüfəngi babasının yaşadığı evin otağında olsa da, nə babası sağlığında, nə də o, həmin ov tüfəngini heç vaxt istifadə etməmişdir. Buna baxmayaraq, 25 avqust 2024-cü il tarixdə sürücülük hüququ olmaqla idarə etdiyi özünə məxsus VAZ-21065 minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə çöl torpaq sahəsinə getdiyi zaman həmin ov tüfəngini də, özü ilə götürmüş ki, sahədə çakkal, canavar hücumundan özünü qorusun. Həmin gün saat 04 radələrində sahədən qayıdarkən kəndarası avtomobil yolunda tanımadığı iki nəfər polis əməkdaşı avtomobilini saxladıqda avtomobildə tüfəng olmasını görüb, ondan həmin tüfəngə aid hər hansı bir sənədin olub-olmadığını soruşmuşlar. Polislərə həqiqətən də, yuxarıda olduğu kimi mərhum babasından miras qalan həmin tüfəngin sənədsiz olduğunu etiraf edib, tüfəngi özü onlara təqdim edə biləcəyini deyib, tüfəngi polislərə könüllü təqdim etmişdir. Bundan sonra polislər ona həmin sənədsiz tüfənglə bağlı izahat vermək üçün birlikdə Zərdab RPŞ-nə getməli olduğunu dedikdə, razılaşıb onlarla birlikdə şöbəyə gəlmişdir. Şöbədə polislərin ondan aşkar etdiyi sənədsiz ov tüfənginin fotoşəkili çəkilərək götürülmüş və bununla bağlı tərtib edilmiş protokolu bütün iştirakçılarla birlikdə imzalamışdır. Əlavə olaraq bildirmək istəyir ki, heç bir sənədi və qeydiyyatı olmayan həmin ov tüfəngini mərhum babasının kimdən və necə alması ilə bağlı heç bir məlumatı yoxdur. Etdiyi əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş X3 dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən ona istinad edilən inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən tərtib edilmiş 18 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə, silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs özünü təqsirli bilməsini, peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilsin. 01 ədəd, 1952-ci il istehsallı, «BUM» markalı, qoşa lüləli, 16 çaplı, 102016 nömrəli ov tüfəngi müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin X7 Baş İdarəsinin anbarına təhvil verilsin. Qərarın icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-696/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-696/2024
06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver