Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-698/2023 11.12.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 11 dekabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon DYPB-nin əməkdaşı X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilməsinə görə barəsində inzibati cərimə tətbiq edilməsi haqqında qərarı həmin qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta törətmiş şəxs Şəxs lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Zərdab rayon DYPB-nin əməkdaşı X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan DİN-nin DYP Veb Portalından çıxarışdan görünür ki Şəxs xx.xx.2022-ci il tarixdə yol hərəkəti qaydasını pozduğu üçün onun Azərbaycan Respublikası İXM-nin 339.1- 1-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İşdə olan Zərdab rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-120/2-14965/23 saylı məktubundan görünür ki, Şəxs 50 manat cəriməni ödəmədiyi üçün ona 30 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İşdə olan Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)-49/2022 saylı hökmündən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta hadisəsi baş verən zaman yəni xx.xx.2022-ci il tarixdə həbsdə olduğundan onun həmin hadisənin baş verməsində aidiyyəti yoxdur. Bu isə ona dəlalət edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar yoxur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114,115, 128-130-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Republikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında 3(035)-698/2023 saylı iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.
Məhkəmə qərarları › İş №3(035)-698/2023
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-698/2023
11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver