Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-711/2024 24.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs Məmmədov Ruslan Rasim oğlunun iştirakı ilə, X2 Ağcabədi rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 09 sentyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə 24 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağcabədi rayon Polis Şöbəsinin polis kapitanı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və onun 150 (bir yüz əlli) manat məbləğində cərimə olunması qərara alınmışdır. X5 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasında X5 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Ağcabədi rayon yol patrul xidməti əməkdaşı tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsinə əsasən İXP ******* protokol tərtib olunmuşdur. Hesab edir ki, protokol əsassız və qərəzli qəbul olunmuşdur. Buna əsasəndə aidiyyati qurumlara həmin protokolla bağlı şikayət edib. Belə k, qərardan da müəyyən olunur ki, inzibati protokol xx.xx.2024-cü il tarixdə tərtib olunsada qərar xx.xx.2024-cü ildə qəbul olunmuşdur. Protkolla qərar arasında 5 ay 5 gün müddətin olması onu deməyə əsas verir ki, həmin müddət ərzində protokol qüvvədən düşmüş hesab olunmalıdır. Ona görə də barəsində qəbul olunmuş həmin qərarın əsassız və qanunsuz qəbul olunduğunu hesab edərək həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş edir. Əlavə olaraq bildirmək istəyir ki, müharibə veteranıdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 izahatında bildirmişdir ki, sözü gedən qərar onun xx.xx.2024-cü il tarixdə tərtib etdiyi inzibati xəta haqqında protokol əsasında qanunla müəyyən olunmuş normalara riayət olunaraq qəbul olunmuşdur və əsaslıdır. Məhkəmədən həmin qərarın qüvvədə qalmasını, şikayətin ləğv olunmasını xahiş edir. Məhkəmə qərardan şikayət verən şəxs X4 və şahid X1 dinləyib və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Ağcabədi rayon Polis Şöbəsinin polis kapitanı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar əsaslıdır, ona görə də dəyişdirilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Ağcabədi rayon Polis Şöbəsinin yol patrul Xidməti inspektoru X3 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.4cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarından müəyyən olunur ki, Ağcabədi rayon Polis Şöbəsinin polis kapitanı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4cü maddəsi ilə təqsirli bilinmiş və onun 150 (bir yüz əlli) manat məbləğində cərimə olunması qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsinə əsasən. nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görəyüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əssən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə hesab edir ki, X5 barəsində inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə tərtib olunmuş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü ildə qəbul olunmuşdur ki, şikayətçinin qeyd etdiyi kimi inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə onun əsasında qəbul edilmiş 09 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi arasında 05 ay 05 gün müddət olması Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinin tələblərinə əsasən qanuna zidd hesab olunmur. Ona görə də həmin inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət əsassızdır və təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Zərdab rayon Polis Şöbəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan 10 (on) gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №3(035)-711/2024
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-711/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver