Məhkəmə qərarları › İş №3(035)-717/2023

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-717/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-717/2023 11.12.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ (X3 İş üzrə ) Zərdab Rayon Məhkəməsi X1 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Zərdab rayonu Məlikli kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Zərdab rayonu Məlikli kəndində yaşayan Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş X3 protokola və əlavə edilmiş materiala 11 dekabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı izibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs götürülmüş bioloji nümunə zamanı narkotik tərkibli marixuanadan istifadə etməsi aşkar edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, Zərdab rayonunun Məlikli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. Gözdən əlildir. Ailənin yeganə qazanc gətirənidir. Narkotik vasitə aludəçisi olmasada hərdən bir hardansa tapdıqda istifadə edir. xx.xx.2023-cü il tarixdə Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin istifadəsində şübhəli bilindiyi üçün Mingəçevir şəhərinə aparılmış və orada narkoloji dispanserdə müayinə olunarkən sidik analizi zamanı marixuana çəkməsi aşkar edilmişdir. Hazırda etdiyi əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri özünün etirafı ilə yanaşı işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, işdə olan xx.xx.2023-cü tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın sürətindən görünür ki, toplanmış materiallar üzrə cinayət tərkibinin olması müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İşdə olan Mingəçevir şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1261 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, mayinə zamanı Şəxs narkotik vasitə olan marixuana qəbulu faktı aşkar edilmişdir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, ******* saylı X3 protokoldan görünür ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 206cı maddəsi ilə tövsif edilmiş, inzibati xəta törətmiş şəxs Şəxs həmin protokolla tanış olmuş və həmin protokolu imzalamaqla əməlindən peşman olduğunu və bir də belə hallara yol verməyəcəyini göstərmişdir. Məhkəmə inzibati xətanı törətmiş şəxsi dinləyib, X3 işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri məhkəmə iclasında tam sübuta yetirilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, əməlini etiraf edərək səmimi peşmançılığını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128- 130-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar